Ukrayna və İsrail azad iqtisadi zona yaradır

  • 21 yan 2019, 09:00

Ukrayna və İsrail arasında azad iqtisadi zonanın yaradılması haqqında sazişin imzalanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenkonun İsrailə rəsmi səfəri başlayır.

Səfər çərçivəsində Poroşenkonun İsrail prezidenti, Baş naziri və parlament sədri ilə görüşü nəzərdə tutulub.

Oxşar xəbərlər