Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO

  • 20 yan 2019, 21:28

Demokratik.Az Moderator.az-a istinadən xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 17.00 - də Moskvada və ətraf bölgələrdə yaşayan soydaşlarımız millətimizi aşağılayan bir alçağın "Vı, pustoy narod" təhqiramiz ifadəsinə etiraz əlaməti olaraq həmin məscidin qarşısında aksiya keçirilməsi nəzərdə tutulur.  


Xatırladaq ki, Rəşid Bayazitov adlı bu şərəfsiz Moskvda əsasən azərbaycanlıların ibadət etdiyi məscidi bağlayıb və məscidin yerləşdiyi yer ona məxsus olduğundan icarə haqqını bir neçə dəfə artıraraq müsəlamana yaraşmayan alçaqlığa imza atmaqla kifayətlənməyib, buna etiraz edən azərbaycanlıları da təhqir edib. Azərbaycanlılarsa buna etiraz əlaməti olaraq saat 17.00-a həmin məscidin qarşısına aksiya təyin ediblər.

Xatırladaq ki, Moskvada yaşayan bütün soydaşlarımızın mobil telefonuna aşağıdakı məzmunda mesaj göndərilib:

"Всех Азербайджанцев ждём сегодня у мечети м.Отрадное в 17.00 на собрании посвящённому оскорблению Азербайджанского народа! Если ты истинный Азербайджанец и тебе не безразлична судьба твоего народа, обязательно приходи!"

Oxşar xəbərlər