"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"

  • 19 yan 2019, 23:35
Dünyanın ən zəngin iş adamı Ceff Bezosun həyat yoldaşından boşanmasına səbəb olan 49 yaşlı Lauren Sançezlə olan fotoları ABŞ prezidenti Donald Trampın yaxın dostunun dərgisində çap olunduqdan sonra cütlük arasındakı münaqişə daha da alovlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məşhur cütlüyün boşanmasında ABŞ prezidentinin barmağı olduğu iddia edilib. "Amazon"la yanaşı "Washington Post"un da rəhbəri olan Ceff Bezos isə Trampdan intiqamını alıb.
 
Belə ki, saxta "Washington Post" qəzetinin manşetində "Tramp istefa verərək, Krıma qaçdı" başlığı ilə məqalə yayımlanaraq, ölkənin dörd bir tərəfinə dağıdılıb. Bunun Bezosun tapşırığına əsasən edildiyi ehtimal olunur.

"Washington Post"dan verilən açıqlamada isə sözügedən qəzet tirajının onlara aid olmadığı bildirilib.
Oxşar xəbərlər