İran telekanalının jurnalisti ABŞ-da həbs olunub

  • 16 yan 2019, 09:03

İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü telekanalın "Twitter” mikrobloquna yerləşdirilən məlumatda deyilir.

"Bizə PressTV-nin jurnalisti və "xəbərlər”in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Oxşar xəbərlər