Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:31 - 28.01.2020  
Səddam Hüseynin milyardları hardadır?
Tarix: 15-01-2019, 23:28 | Bölmə: Xəbərlər » Dünyada

Edamından sonra hesabında cəmi 12 dollar qalmışdı...

Səddam Hüseynin milyardları hardadır? "Haqqımda indi nə danışdıqlarının mənim üçün fərqi yoxdur, məni ölümümdən dörd-beş əsr sonra nə deyəcəkləri düşündürür", Səddam Hüseyn bir dəfə özü haqqında belə demişdi.

21-ci əsrdə edam edilən ilk dövlət başçısı
 
Səddam Hüseynin keçdiyi həyat yolunu təqdim edirik: Səddam Hüseyn İraqın Tikrit şəhərindən 13 km aralıda, kasıb kəndli ailəsində 28 aprel 1937-ci ildə anadan olub. Onun atası barədə çox az informasiya məlumdur. Bir məlumata görə, o, oğlunun dünyaya gəlməsindən əvvəl ölüb, digər məlumata görə isə ailəsini ataraq gedib. 1982-ci ildə İraqın başçısı olarkən, Səddam Hüseyn vəfat etmiş anasının şərəfinə nəhəng məqbərə tikdirsə də, atası haqda heç bir nişanə qoymamışdı. Səddam Hüseynin tərbiyəsində antibritaniya müqavimət hərəkatının iştirakçısı, ana xətti ilə dayısı sayılan Xeyrullah Tulhafın böyük təsiri olub. 1947-ci ildə təhsil almaq, məktəbdə oxumaq arzusunda olan Səddam, evdən qaçaraq, Tikritə dayısının yanına gedir və elə orada da qalır. 1963-cü ildə Səddamı böyüdən dayısının qızı Sacidə Talhaf ilə ailə həyatı qurur. Bu evlilikdən Rəna, Rəqhad və Hala adlı qız övladları, Uday və Qusay adlı oğlanları dünyaya gəlir. Daha sonra yenidən 2 dəfə ailə həyatı qurur. Bu evliliklərdən isə Əli adlı daha bir övladı olur. Səddam Hüseynə ən yaxın adam onun oğulları Qusey və Udey hesab olunurdu. İraq diktatorunun hər iki oğlu 2003-ci il iyulun 22-də Mosul şəhərində Amerika xüsusi təyinatlılarının onları ələ keçirmək cəhdi zamanı həlak olub. Həmin 14 saatlıq döyüşdə sonadək xüsusi təyinatlılara müqavimət göstərən 14 yaşlı Mustafa adlı nəvəsi də həlak olur. 2006-ci il dekabrın 30-də məhkəmənin hökmü ilə asılmış Səddam Hüseyn, 21-ci əsrdə edam edilən ilk dövlət başçısıdır.
Bütün həyatı boyu Səddam öz adının mənasını tam doğrultdu. Ərəbcədən tərcümədə "müqavimət göstərən, dayanıqlı " mənasına gələn bu adın daşıyıcısı çox erkən yaşlarından mübarizəyə qatılaraq, ömrünün sonunadək elə ölümün özünə də müqavimət göstərə bildi. 1956-ci ildə 19 yaşında olan Səddam, kral II Feysəlin devrilməsi məqsədilə keçirilən uğursuz çevrilişin iştirakçısı olub. Gənc Səddam Hüseynin silahlı mübarizə yolunu (əvvəlcə hakimiyyət uğrunda, sonra isə bu hakimiyyəti qoruyub saxlamaq uğrunda) fəaliyyətinin ayrılmaz hissəsinə niyə çevirdiyini başa düşmək üçün, 20-ci əsrin birinci yarısında İraq tarixinə nəzər salmaq lazımdır.
 
Qaynatası prezident postundan istefa verdi
 
Müasir İraq 1920-ci ildə, Britaniyanın sayəsində dünya xəritəsində bərqərar olub. Böyük Britaniya hətta 1932-ci ildə iraqın müstəqilliyi elan ediləndən sonra da ölkəyə nəzarəti davam etdirirdi. Böyük zəngin neft torpaqları ingilislər üçün hər zaman yağlı tikə olmuşdu. Bu gün İraq dünyada zəngin neft ehtiyatlarına malik ikinci ölkədir: onun qara qızıl ehtiyatları 150 mlrd. bareldir.

 
1925-ci ildən bu ölkədə hasil olunan neft ingilis-fransız-amerikan kampaniyası olan Turkish Petroleumun əlində idi. Sonralar adı dəyişdirilərək, İraq Petroleum olan kampaniya, beləcə bu resursun hasilatından gələn gəlirləri ölkə hüdudlarından kənara çıxarıb. 1952-ci ildə dövlətin neft hasilatından payı 50% -dək artıb, amma bu da bir çox iraqlını qane etmirdi. Narazıların arasında Səddam Hüseyn də vardı. O, 1955-cı ildə Ərəb Sosialist Dirçəliş Partiyasının sıralarına daxil oldu. 1959-ci ildə bir il əvvəl İraqın monarxiya rejimini devirən baş nazir general Əbdül Kərim Qassımin həyatına sui-qəsddə iştirak edənlər sırasında Səddam Hüseynin də adı hallanır.
Sonradan məlum olur ki, baş nazirə hücum Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə həyata keçirilib: ABŞ İraq liderinin SSRİ ilə əlaqələrindən narazı idi. Səddam tezliklə bu partiyanın fəallarından birinə çevrilir, üstəlik "Baas" lideri general Əhməd Həsən -əl Bəkrin qızı ilə evlənir. 1968-ci ildə "Baas"çılar qansız çevriliş nəticəsində hakimiyyətə gəlirlər və İraqın prezidenti Səddamın qayınatası olur, Hüseyn özü isə İraq İnqilabi Komandanlıq Şurasının sədr müavini vəzifəsini icra etməyə başlayır və İraq hakimiyətinin ikinci şəxsi olur. 1973-ci ilin iyulunda Səddama general-leytenant rütbəsi verilir, 1976-ci ilin yanvarında isə o, general olub. O zamanadək isə hüquqşünas diplomunu alıb, şahidlərin dediyinə görə hələ 1969-ci ildə buraxılış imtahanlarına silahla və mühafizəçinin müşayiəti ilə gəlib.
İraqın yeni hökuməti çox tez bir zamanda Qərbdə narazılığa səbəb olub. "Baas"çılar 15 illik əməkdaşlıq haqqında müqavilə imzalayaraq, SSRİ ilə əlaqə qurublar. Sovet İttifaqının dəstəyi ilə İraq ölkənin neft sənayesini milliləşdirdi. Nəticədə, 1979-ci ildə Əhməd Həsən ələ-Bəkr istefa verdiyi zaman, ölkənin valyuta gəlirlərinin 95% -ini "qara qızıl" verirdi və bu dövrdə İraqda həyat səviyyəsi ərəb dünyasında ən yüksək göstəricilərdən biri olub.
 
Hakimiyyətə gələn kimi 22 rəqibini məhv etdi
 
Səddam Hüseyn hakimiyyətə gələrək, özünü "Baas" İraq bölməsinin lideri elan etdi, bundan sonra diktator səlahiyyətlərini icra etməyə başladı. Mətbuatın yazdığına görə, Səddam hakimiyyətə gəldikdən sonra repressiyalar başladı: Onun bütün potensial siyasi rəqibləri, o cümlədən ali rütbəli 22 dövlət xadimi məhv edilir. Bu zaman Səddam özü güllələnmə cəzalarında şəxsən iştirak edirdi.

1973-ci ildə Səddam İraq kommunistləri ilə vahid cəbhənin yaradılması təşəbbüsü ilə çıxış edir. Bir neçə il sonra, "baas"çıların hakimiyyəti gücləndikdə, Kommunist Partiyası darmadağın olunub, onun liderləri, o cümlədən Salam Adil məhv edilib. Səddam Hüseyn diktator olmasına baxmayaraq, ölkəsində həyat səviyyəsini yüksəltmişdi. Ölkə iqtisadiyyatını gücləndirdikdən sonra ölkədə təhsil ödənişsiz oldu, savadsızlığın aradan qaldırılması üçün xeyli işlər görüldü, əsgər ailələrinə xüsusi güzəştlər edildi, fermerlərə hər zaman yardımlar edilir və ölkədə səhiyyənin səviyyəsi yüksəlirdi. Orta Şərqdə əhalinin rifah halının bu dərəcədə olması eşidilməmişdi. İraqda yaşayış standartlarının yüksəldilməsinə görə UNESCO Səddam Hüseyni mükafatlandırdı.
 
İrak-İran müharibəsi --- ABŞ-ın ikili siyasəti
 
Səddam Hüseyn hakimiyyətə gələndən sonra ölkədən 40 minə yaxın şiəni xaric edir və 1980-ci ildə İraq şiələrinin lideri Məhəmməd Bakir əl-Sədri kütlə qarşısında edam etdirir. Bununla da İran arasında münasibətləri lap gərginləşir. O, 1980-ci ildə İraqın İrana müdaxiləsi zamanı ABŞ-dan geniş siyasi və hərbi dəstək alır. İraq Amerikadan təkcə silahla deyil, həm də İran bölmələrin dislokasiyası barədə Amerika kəşfiyyatının əldə etdiyi məlumatlar da alırdı. Eyni zamanda, ölkəyə SSRİ də hərbi yardım göstərməyə davam edirdi. O zaman hətta İsrailin 1981-ci ildə İraqın nüvə reaktorunu bombalamasını pisləyən amerikalılar, nədənsə İraqın qadağan olunmuş kimyəvi silah istifadə etməsinə göz yumdular. Hətta Səddam Hüseynin İraqın kürd əhalisinə qarşı keçirdiyi "Anfal" əməliyyatı da diqqətdən kənarda qaldı. Hansı ki, bu əməliyyat nəticəsində kimyəvi silahların tətbiqi ilə 180 minə qədər adam öldürüldü. Lakin tezliklə məlum oldu ki, Ağ Ev paralel olaraq, İrana da gizli kömək edirmiş və bununla da Bağdad və Vaşinqton arasında münasibətlərdə soyuqluq yaranır. İran-iraq müharibəsi ilə paralel olaraq, İraqın daxilində də qanlı toqquşmalar gedirdi: Ölkənin şimalında şiələrlə, cənubunda isə kürdlərlə ...
1982-ci ilin iyulunda əsasən şiələrin yaşadığı əl-Duceyl kəndində, Səddamın həyatına uğursuz sui-qəsdə cavab olaraq, təxminən 140 nəfər öldürülüb. Müharibə 1988-ci ildə İranın qələbəsi ilə sona çatır. Bu müharibə zamanı hər iki tərəfdən təxminən 1 milyon insan həyatını itirir. Müharibədən məğlub ayrılan Səddam Hüseyn, 1988-ci ildə martın 16-da Hələbdə yaşayan kürdlərin kimyəvi qaz bombaları ilə məhv edilməsini sifariş edir. Bu zaman 5 min kürd həyatını itirir.
8 il ərzində Bağdadın xarici borcu 80 mlrd. dollara qədər artır. Vəziyyəti daxili sosial problemlər bir az da gərginləşdirdi. Üstəlik İraqın müharibədən sonrakı bərpasını o dövrdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi təhlükə altına almışdı.
 
Küveytə hücum edib, 6 günə bir əyaləti aldı
 
Səddam Hüseyn Küveyti ölkəsinə qarşı iqtisadi müharibə aparmaqda günahlandırır. O, doğrudan da OPEK-in müəyyən etdiyi kvotadan yüksək həcmdə neft satırdı ki, bu da dünyada neftin qiymətinin sürətlə azalmasına səbəb olmuşdu.1990-ci ildə İraq lideri Küveytə hücum etmək barədə qərar qəbul edib. Körfəz müharibəsi başlayır. Artıq 6 gün sonra Küveytin əyaləti əl-Səddamiyə adı ilə İraqın tərkibinə daxil olması haqqında qərar elan edilib. İraqın işğalı dünya birliyinin yekdil qınağına səbəb oldu və 1991-ci ilin əvvəllərində ABŞ və onun müttəfiqləri "Səhrada Tufan" əməliyyatı apardılar. Nəticədə Küveytin müstəqilliyi geri qaytarıldı, Səddam isə bütün ölkəsi üzrə bir sıra üsyanlarla qarşılaşmalı oldu, ancaq bunların hamısını yatıra bildi. Amma bununla da çətinliklər bitmədi: "Dünya birliyi" timsalında elə həmin ABŞ və müttəfiqləri İraqa çox ağır iqtisadi embarqolar qoydular. Kütləvi qırğın silahının tam məhvi tələb olunurdu. Sanksiyaların əsil məqsədi isə Səddam Hüseyni devrirmək idi. Bu, artıq bir müddət sonra bəlli oldu. Lakin, həmişə olduğu kimi, bu sanksiyalardan yenə də sadə vətəndaşlar əziyyət çəkirdilər.
 
Yeraltı bunkerində tutuldu
 
Uduzulan müharibə və bütün daxili çətinliklərə baxmayaraq, Səddam İraqda hakimiyyətini qəti olaraq qoruyub. O, 1995-ci ilin oktyabrında prezident seçkilərində səslərin 99,96 faizini toplayıb. Sonra yenidən 2001-ci ilin mayında, "Baas" İraq bölməsinin baş katibi vəzifəsinə seçilib. 21-ci əsrin əvvəllərində İraq rejiminin siyasətində mühüm dönüş baş verib. Ərəb sosializmi ideologiyası daha güclü və daha uzunömürlü islam ideologiyası ilə əvəz olunub. Tamamilə dünyəvi hökmdar olan Səddam, dinə daha çox müraciət etməyə başlayıb. Onun antiamerika ritorikası dini motivlərlə zəngin idi: ABŞ-la İraq qarşıdurması şərlə xeyirin mübarizəsi kimi qələmə verilirdi. İraqda ənənəvi şəriət cəzaları tətbiq olunmağa başladı. İraq bayrağının üzərinə "Allahu əkbər" sözləri əlavə edildi. Dünyada ən böyük məscidin tikintisinə başlanıldı.

Corc Buşun hakimiyyətə gəlişi ilə ABŞ -ın İraqa qarşı siyasəti bir az da sərtləşdi: müxalif İraq qruplaşmalarının fəal maliyyələşdirilməsinə başlandı . "Səddam Hüseyn rejiminə" dərhal İranda kimyəvi silahların tətbiqi, kürdlərin soyqırımı, Küveytdə "insanlığa qarşı cinayətlər"i yada saldılar. 1998-ci ildə ABŞ-ın döyüş gəmilərindən havaya uçan B-52 bombardman hərbi təyyarələrindən Bağdadda yerləşən hərbi və starateji obyektlər bombalandı. Bu əməliyyat Səhra Tülküsü Əməliyyatı adlanırdı. Əməliyyatda Böyük Britaniya və ABŞ-ın hərbi təyyarələri iştirak edir. Bu dəfəki bombarmanın səbəbi isə İraqın BMT-nin silah müfəttişləri ilə əməkdaşlıqdan imtina etməsinə cavab idi. 2003-ci ilin mart ayında ABŞ ordusu Bağdadın kütləvi qırğın silahlarına malik olması bəhanəsi ilə İraqa soxuldu. Sonradan İraqda nə kimyəvi, nə bioloji, nə də nüvə silahı tapa bilmədilər, amma artıq olan olmuşdu...
Nəhayət, 19 mart 2003-cü ildə ikinci Körfəz Müharibəsi başladı. Bu dəfə əməliyyatların adı İraq üçün azadlıq idi. İraqda müharibə iki həftədən bir qədər az davam etdi - 9 apreldə Bağdad, onunla birlikdə isə Səddam Hüseyn rejimi də təslim oldu.
Keçmiş diktator qeyri-leqal bir vəziyyətdə sonrakı aylar ərzində ölkəyə rəhbərlik edirdi. 13 dekabr 2003-cü ildə Səddam Hüseyn Tikrit yaxınlığında yeraltı bunkerində yaxalanaraq, həbs edildi və 2005-ci ilin iyulunda Hüseynə birinci ittiham - əl-Duceyl şəhərində insanlığa qarşı cinayətlərdə ittiham irəli sürüldü: ittihamlar arasında məhz bu epizod ən asan sübut oluna bilən idi. 30 dekabr 2006-cı ildə səhərə yaxın onu asaraq edam etdilər. Cəlladlar bildirdi ki, Səddam Hüseyn nə asılmazdan əvvəl ölüm qorxusundan, nə də sonra ölən zaman qətiyyən bədəni titrəməyib. Və bir neçə saniyə ərzində canını tapşırıb. Səddam Hüseyni edamından qabaq yazdığı məktuba əsasən oğlanları və digər ailə üzvlərinin də dəfn edildiyi Tikritdəki məzarlıqların birində dəfn etdilər.
Onun edamını ABŞ, Böyük Britaniya, İsrail və Küveyt məmnuniyyətlə qarşıladılar. Liviyada 3 günlük matəm elan edildi və Qurban Bayramı ilə əlaqədar hazırlanmış bütün tədbirlər ləğv
edildi. Pakistan, Malayziya, Rusiya bu edamın İraqda daxili çaxnaşmalara gətirib çıxaracağını bildirdilər.Lakin təəssüflər olsun ki, Səddam Hüseynin nə devrilməsi, nə də ölümü ilə İraqda sabitlik yaranmadı. Amerikalıların ölkəyə gəlişlərinin 10 ili ərzində, Braun Universitetinin Costs of War layihəsinin məlumatına görə, ölkədə ən azı 134 min dinc sakin müharibə qurbanı oldu.
2011-ci ildə ABŞ İraqdan qoşunlarını çıxarıb. Bunun ardınca dərhal mərkəzi hakimiyyətə qarşı üsyançı hərəkatların silahlı mübarizəsi başlayıb və indiyədək davam edir. "Demokratiyanın qurulması" artıq neçə ildir ki, daimi terror aktları və atışma ilə müşayət olunur. Səddam Hüseyn isə vəhşicəsinə edam edilməsinin hesabına, ABŞ-in siyasətindən narazı olan bir çox dünya ictimaiyyəti üçün, Amerika imperializmi ilə mübarizə simvoluna çevrildi: Ernest "Çe" Qevar , Fidel Kastro, Daniel Orteq kimi...
 
Stalinə pərəstiş edirdi
 
Oğul Corc Buş iraq lideri Səddam Hüseyni "Stalinin şagirdi" adlandırmışdı. Səddam Hüseynin bioqrafı Səid Aburişın sözlərinə görə, Səddam, Stalin haqqında kitablardan şəxsi kitabxana yaratmışdı. Əslində "xalqın atası" və Səddamın istər taleyində, istərsə də təcrübəsində çox oxşarlıq tapmaq olar. Stalin kimi onun da iraqlı pərəstişkarı var idi, coşqun inqilabi gənclik, qanlı hakimiyyət uğrunda mübarizə, repressiyalar, sonra isə artıq hakimiyyətin zirvəsində, tərki-dünyalıq, şəxsiyyət kultu...
 
27 litr qanı ilə Quran yazdırdı
 
Əsrlərlə tarixdə qalacağını güman edən lider, hardasa yanılmamışdı. Hər halda, ziddiyyətli şəxsiyyət olan Hüseynin, hələ uzun müddət onun qurbanlarının qohumları və inqilab tərəfdarları tərəfindən xatırlanacağı şübhəsizdir. Lakin onun həyatı boyu imzasını qoyduğu maraqlı faktlar da az olmayıb:
Dünyada yalnız 8 nəfərə Detroitin açarları verilib. Həmin insanlardan biri də Səddam Hüseyndir. Səddam Hüseyn Detroit şəhərindən kilsə tikintisinə 2 milyon dollar pul ayırdığı üçün 1980-ci ildə Detroit şəhərinin açarları ona təqdim edilib.
1991-ci ildə Səddam Hüseyn İraqın bayrağında dəyişikliklər etdirir. Dəyişikliyə əsasən bayrağın üzərinə ərəbcə Səddam Hüseynin öz xətti ilə "Allahu Əkbər” yazısı qeyd olundu. Sonra daha bir addım atdı. Öz qanı ilə Quran kitabı yazdırtdırdı. Quran kitabının yazılması 2 ilə başa gəldi və bunun üçün Səddam Hüseynin 27 litr qanından istifadə edildi. Bu kitab diktatorun 63 yaşında ona təqdim olundu.
2001-ci ildə Amerikada yaşayan kasıblara dəstək məqsədi ilə 94 milyon dollar ianə verib. 2003-cü ildə Forbes jurnalının açıqlamasına görə, Səddam Hüseyn dünyanın ən varlı adamı seçilmişdi. İraqın baş naziri Nuri əl-Malikinin verdiyi məlumata görə, Səddam Hüseynin var-dövləti 57 mlrd dollar məbləğində qiymətləndirilib. Maraqlısı budur ki, indiyədək bu pulların kimə qismət olduğu məlum deyil. Onun edamından sonra hesabında cəmi 12 dollar qalmışdı...

Məmurun arvadını boşatdırdı
 
İlk həyat yoldaşı Sacidə ilə yanaşı, daha bir neçə qadın Səddamın arvadı olmaq şərəfinə nail olub. Tarixə onlardan biri məlumdur. Diktator rəsmi qəbulların birində İraq aviaşirkətinin başçısının arvadı ilə qarşılaşır. Qadından xoşu gələn Səddam ərindən onu boşamağı tələb edir, sonra isə onunla evlənir.
1995-ci ildə Hüseynin iki kürəkəni, Səddam Kamil və Hüseyn Kamil qardaşları, ailələri ilə birlikdə İordaniyaya qaçıb. Onlar prezidentin əfv vədindən sonra İraqa qayıdırlar, amma tezliklə öldürülürlər. Rəsmi məlumata görə, onları qəzəblənmiş qohumları öldürür, lakin belə bir versiya da mövcuddur ki, qardaşların ölümündə Səddam Hüseynin və onun oğlanlarının əli olub.

Və sonda, "CNN"in ərəb xidməti 2011-ci ildə sensasion məlumat yayır: Əldə olunan məlumata görə, İraqın sabiq prezidenti Səddam Hüseyn edam edilməyib. Səddam Hüseynin yerinə onun oxşarı edam edilib, onun sağ olması haqda xəbəri digər ərəb KİV-ləri də yayımladı...


Xəbər 1981 dəfə oxunub






Oxşar xəbərlər

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38107] initstartout [0.00019] initstartin [0.00075] calstart [0.00922] calend [0.00051] topnewsend [0.00378] rsssend [0.00000] ehgend [0.09940] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26655]