Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:39 - 19.01.2020  
Pentaqonla Rotşild ailəsi arasında SAVAŞ DƏRİNLƏŞİR
Tarix: 7-01-2019, 09:21 | Bölmə: Xəbərlər » Dünyada

Ergün Diler

Pentaqonla Rotşild ailəsi arasında SAVAŞ DƏRİNLƏŞİR"Takvim”, Türkiyə, 04 dekabr 2018-ci il

"Dərin Amerika” ilə Rotşild ailəsinin mübarizəsindən çox yazmışıq, indi də yazırıq. Rotşildlərin əlinin altında çalışan çox ailə var. Ən yüksəkdə  zirvədə olduqları üçün oyunu quranlar da onlardır.

Rotşildlər pulla hərəkət edərək, ABŞ-ı idarə etmək istəyən bir ailədir. Hər bir ölkədə özlərinə bağlı olan çox zəngin, güclü ailələr formalaşdırıblar və onlar görünməyən əlaqələrlə bir-birinə bağlıdırlar. Dünyanın müxtəlif nöqtələrində eyni anda bir hədəfə yönəlik hərəkət edə bilmələrinin səbəbi də bu əlaqələrdir. Bu, uzun hekayədir…

Bu günə gələk və gedən mübarizəyə baxaq. İki gündür Pentaqonla Rotşildlər arasında gedən mübarizədə ortaya çıxan şəxslərdən yazırıq.

Pentaqon xüsusilə "Rothschild & Conun yüksək səviyyəli təmsilçiləri olan Erik de Rotşild (Eric de Rothschild), Klaus Mangold və Covanni Salvettinin maliyyədən əl çəkməsini istəyir. Stiv Bennon bu işdən əl çəkmir. Məqsəd bu ailənin pulla əlaqəsini ən aşağı səviyyəyə endirərək, əməliyyatlarını durdurmaqdır. Bu güc balansında bizim yaxşı tanımadığımız bir şəxs olan Erik de Rotşild ailə üçün çox önəmlidir.

Pentaqonla Rotşild ailəsi arasında SAVAŞ DƏRİNLƏŞİR

"Rothschild & Conun sahibi olan Erik de Rotşild ailə içində çox önə çıxmayan dərin fiqurlardan biridir. Rotşild ailəsində vəzifələr dəqiq şəkildə paylanır və həddi aşma əsla ola bilməz. Təbii, Erik de Rotşild pulla bağlı ən önəmli mövqedə olan bir şəxsdir. Ailənin çox önəmli fərdlərinin pulla yaxın əlaqələri olsa da, Erik de Rotşildin yeri fərqli, çox fərqlidir. Çünki Erik de Rotşild Rusiya, İngiltərə, Fransa, Hollandiya, İtaliya, Mərakeş, Tunis, Misir, İran, Qazaxıstan, Türkmənistan, Cənubi Afrika kimi 70 ölkənin mərkəzi bankının gizli müşaviridir. Əslində, bu ölkələrin mərkəzi banklarını idarə edən şəxsdir.

Sahibkar olduğunu deyən çox şəxs vardır. Tez-tez pıçıltı ilə danışırlar. Müşavir olduğu qəti olmaqla birlikdə, bu dedi-qodular da az deyildir. Məsələn, Erik de Rotşild 2006-cı ildə Türkiyədə, 2007-ci ildə Cənubi Afrikada, 2008-ci ildə isə Türkmənistan və Qazaxıstanda təqribən 3 ay yaşayıb. O dövrdə qaldığı bu ölkələrin maliyyə sistemindəki güclü inteqrasiya çox önəmli idi. Həmin tarixlərdə 70 yaşına çatmış birinin öz evindən uzaqda yaşaması ailənin nə qədər özəl bir iş prinsipi olduğunun da göstəricisidir. Başqa sözlə, Erik de Rotşild çox güclüdür. Yəni, sıradan biri deyil.

Corc Sorosu bütün dünyada tanıdan, böyüdən də Erik de Rotşilddir. İndi qarşı-qarşıya gəlsələr də, bu gün Soros Erik de Rotşildlə eyni yerdə olmaqdan çəkinir.

Erik de Rotşildin önəmli bir özəlliyi də ailə içində müsəlmanlara ən yaxın şəxs olmasıdır. Bir çox ölkədə önəmli müsəlmanlarla dostluq quran Erik de Rotşildin pulla oyun oynaması adi bir hadisədir.

Bir çox ölkədən şəxsi alacağı olan Erik de Rotşild bir müddət öncə Qazaxıstanda Mərkəzi Bankı tamamilə öz əlinə alıb. Bu, mətbuata da sızdırılıb. Bəlkə güc nümayişi, bəlkə də yeni sistemin şəffaf bir detalı idi. Bilmirəm, lakin bu detal sızdı, masa fotoşəkili verildi. Maraqlı olan Klaus Mangold və Covanni Salvettinin (Giovanni Salvetti) Erik de Rotşildlə birlikdə eyni masada olması idi. Yəni, komanda oyunu!

Erik de Rotşild İranda da çox güclüdür. İrandakı ən zəngin 10 ailə ona bağlıdır. Ölkənin maliyyə sisteminin rəhbərliyindəki şəxslər bu ailələrin fərdləridir. İranda maliyyə ilə bağlı atılacaq hər bir addım bu ailələrin ortaq qərarı, dolayısı ilə Erik de Rotşildin razılığı ilə olur. Kimsə ondan müstəqil iş görə bilməz. İmkan da verməz…

Hazırda Vaşinqtonun İrana qarşı başlatdığı iqtisadi əməliyyatın mərkəzində Erik de Rotşild, yəni Rotşild ailəsi durur.

ABŞ hərbçilərinin Suriyadan Şimali İraqa çəkilməsinin pərdə arxasında olan məsələ də Rotşild ailəsilə bağlıdır. Pentaqon, "Lazım olarsa, İranı Suriyanın şimalındakı hərbçilərimizlə vurarıq. İrandakı oyununuzu bitirərik” deyərək, ailəyə gözdağı verir.

Orada hədəf İran deyil, Rotşild ailəsinə bağlı olan ailələrdir.

İranın ciddi iqtisadi gücü vardır. Bu güc də ailədən gəlir. İndi Vaşinqton bu gücü bitirmək üçün İranı hədəfə alıb. Ciddi şəkildə zərər verdiyi də doğrudur. Ancaq Rotşildlərə bağlı olan 10 ailə hələ ki, zərər görməyib. Çünki Londonda verilən bir qərarla bu ailələrə aid sektorların Əfqanıstan və Çin üzərindən dünyaya açılması davam edir.

Bu məsələdə Fransa da ailələrin yanında yer alır. İndi, əgər qarşıdakı dövrdə İranda iqtisadi çöküş baş verərsə, həmin 10 ailənin ölkədə idarəçiliyi tamamilə ələ alması müzakirə ediləcək. Bu da Rotşild ailəsinin önəmli planlarından biridir.

Ailə üçün dünyanın ən güclü bankları üzərində böyük "şirkət evlilikləri”ni idarə edən də Erik de Rotşilddir. Onun Paris Böyük Sinaqoqu Fəxri Prezidenti olması bu gün dünyada ən təsirli şəxslərdən biri olması mənasına gəlir.

Dollara qarşı rəqəmsal pulu ilk dəfə ortaya atan şəxs də Erik de Rotşilddir. Rəqəmsal pul onun kəşf etdiyi metoddur və qarşısı nə qədər alınırsa-alınsın, çox yaxında həyatımızı rəqəmsal pulla davam etdirəcəyik. Dolları dollarla yıxa biləcək gücə çatan Rotşild ailəsinin bu gün ortada yeni pulla bağlı atdığı çox önəmli addımlar var.

Ailənin əmri ilə bir çox mərkəzi bank rəqəmsal pula keçəcək. Bunun infrastrukturu artıq yaradılıb. Sadəcə, Erik de Rotşild və ailəsinin digər üzvlərinin bu işə start verməsi gözlənilir.

Ölkələrin ordularını idarə etmək çox böyük gücdür. Bu da Vaşinqtonun əlindəki ən böyük kozırdır. Ancaq mərkəzi bankları idarə etmək də, ən azı, orduları idarə etmək qədər önəmlidir. Bu da ailənin əlindəki ən böyük gücdür.

Vaşinqtonun sızdığı mərkəzi banklar, Rotşild ailəsinin də sızmağı bacardığı ordular olmamış deyil. Ancaq tərəflərdən heç biri nəzarəti tam ələ ala bilməyib. Bundan sonrakı müddətdə də bunun olma ehtimalı zəifdir. Bu, tərəflərin bir anlaşma yolu tapma ehtimalını gücləndirsə də, o ehtimal elə də yaxın görünmür.

İran, Suriya, Rusiya, Avrasiya və Orta Şərqdəki mövcud durum da Pentaqonla Rotşild ailəsi arasında gedən mübarizə səbəbilə gərgindir. Bu, bitənə oxşamır. Kipr məsələsi də belədir.

Yeni masa buralara hakim olanlar tərəfindən qurulacaq.

Ərəfədəyik, pula görə qopacaq bir fırtına qapıdadır. Silahla bağlı durum da eynidir.

Necə olacağını baxıb, görəcəyik…

Tərümə Strateq.az-ındır

Xəbər 2163 dəfə oxunub






Oxşar xəbərlər

Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35406] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.01117] calend [0.00058] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.00661] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33016]