ABŞ-ın dövlət borcu son 70 ilin ən maksimum NÖQTƏDƏ

  • 04 yan 2019, 10:42

Donald Tramp dövründə ABŞ-ın dövlət borcu 2 trilyon dollar artaraq son 70 ilin ən maksimum rəqəminə çatıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 2018-ci il üçün dövlət borcu 21,974 trilyon dollara çatıb. Donald Tramp 2017-ci ilin başlanğıcında, hakimiyyətə gəlməzdən qabaq bu göstərici 2 trilyon dollar az idi. Konqresin büdcə üzrə idarəsi dövlət borcunun ölkə ÜDM-nin 78%-ni təşkil etdiyini bildirib. Bu 1950-ci ildən bu yana ən böyük göstərici sayılır.

Konqresin 2028-ci il üçün proqnozlarına görə, bu gediştla borc ÜDM-in 96%-nə qədər çatacaq. Bu borcun böyük hissəsi Donald Trampın korporativ vergiləri rekord səviyyədə, 20%-ə qədər düşürməsi səbəbindən əmələ gələ bilər.

Ağ Evin İqtisadi məsləhətçilər şurasının sədri Kevin Hasset prezidentin dövlət borcunu artmasında olduqca narahat olduğunu dilə gətirib. Prezident hər nazirlikdən büdcəni 5% qısaltmağı tələb edib.

Xatırladaq ki, 2016-cı ildə Donald Tramp hakimiyyətdə olacağı 8 il ərzində ABŞ-ı dövlət borcundan qurtaracağını vəd etmişdi.

Oxşar xəbərlər