Tramp: "4-5 il əvvəl Suriyaya 3-4 aylıq getmişdik"

  • 01 yan 2019, 20:19

ABŞ-ın sərhəddə təhlükəsizliyə ehtiyacı var. Meksika divarı da sərhəd təhlükəsizliyinin əhəmiyyətli bir parçasıdır.

Axar.az xəbər verir ki, bunu "Foks Nyus"a yeni il axşamında ABŞ Prezidenti Donald Tramp bildirib.

Suriyadan ordunun geri çəkilməsi ilə bağlı ona ünvanlanan sualı isə Tramp bu şəkildə cavablandırıb:

"Suriyaya 4-5 il öncə 3-4 ay qalmaq üçün getmişdik. İndi isə əsgərlərimizi geri gətirmək zamanıdır və bunu çox yaxşı bir şəkildə təşkil edəcəyik. İŞİD Suriyada böyük bir problem idi və İŞİD-i təmizlədik. Biz tamamilə geri çəkildikcə, xüsusilə İraqda hərbi bazaya sahib olacağıq. Hesab edirəm ki, biz İŞİD-i böyük ölçüdə məhv etdik. Biz qoşunlarımızı evə gətirməliyik, vaxtımız var".

Oxşar xəbərlər