ABŞ YUNESKO-dan çıxdı

  • 01 yan 2019, 11:55

Amerika Birləşmiş Ştatlarının (ABŞ) YUNESKO-dan çıxmaq barədə qərarı qüvvəyə minib. Qərarın icrası 2018-ci ilin son günündə reallaşıb.

Demokratik.Az-ın məlumatına görə, Birləşmiş Ştatlar beynəlxalq təşkilatda özünün tamhüquqlu fəaliyyətini dayandırmaqla bundan sonra müşahidəçi dövlətə çevrilir.

Rəsmi Vaşinqton YUNESKO-ya üzvlük haqqı da ödəməyəcək və təşkilatın rəhbər orqanlarına seçilə bilməyəcək.

ABŞ-ın YUNESKO-dan çıxmaq barədə qərarı 2011-ci ildə – Fələstinin təşkilata üzv qəbul olunmasından sonra verilib.

Demokratik.Az

Oxşar xəbərlər