ABŞ Suriyada PKK-ya silah yardımı etdiyi anbarı boşaltdı

  • 30 dek 2018, 10:22

Trampın ABŞ ordusunun Suriyadan çıxarılması qərarından sonra bölgədə hərəkətlilik daha da artıb. 

Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. 

Xəbərə görə, ABŞ ordusunun Suriyanın İraqla sərhəddindəki Malikiyyə bölgəsində yerləşən və PKK/YPG terror təşkilatına hərbi silah-sursatın paylanması üçün istifadə olunan anbarlardan biri boşaldılıb. 

Təxmini olaraq, 50 ABŞ hərbçisinin xidmət etdiyi 450 kvadrat metrlik anbardakı "Hummer" markalı zirehli hərbi maşınlar və tırlar buradan İraq ərazisinə göndərilib. 

Oxşar xəbərlər