ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır

  • 12 dek 2018, 09:53

ABŞ Kanadanın sabiq diplomatı Maykl Kovriqin Çində saxlanılmasından narahatdır.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladino deyib.

Palladino bildirib ki, ABŞ "özbaşına tutulmaların bütün formalarını" pisləyir.

Bundan əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.

Oxşar xəbərlər