Fransa etirazlarında Rusiya izi araşdırılır

  • 10 dek 2018, 20:57

Fransada dörd həftədir davam edən "sarı jiletlilər” üsyanının bitəcəyi vaxt hələ bəlli deyil

Musavat.com xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanlarının proseslərdə Rusiya izini araşdırmaqla məşğuldur.

"Hazırda bu məsələ ilə bağlı təhqiqat gedir. Bu səbəbdən hər hansı nəticəyə gəlinmədən şərh verməyəcəyəm”,-deyə Fransanın xarici işlər nazir Jan İv Le Drian ölkənin RTL radio stansiyasına müsahibədə bildirib.

"Demokratiyanın müdafiəsi üzrə alyans”ın məlumatlarına görə, "twitter”də Kremlə yaxınlığı ilə bilinən 600 akkaunt birdən-birə Fransa ailə bağlı fəallaşıb və #giletsjaunes (fransızca sarı jiletlilər) həştəqi ilə ölkədəki hadisələr barədə yalan informasiyalar yaymağa başlayıblar.

Alyansın müşahidə etdiyi twitter-akkauntlar bu vaxta qədər ABŞ və Böyük Britaniya üzərində köklənirmiş. Lakin bu dəfə onların bütün diqqəti La Manşın şərq hissəsinə, Fransya yönəlib. "Bütün bunlar Fransanın xaricindəki auditoruya üçün münaqişənin güclənməsində marağın olmasını göstərir”,-deyə Alyansın sosial şəbəkələr üzrə analitiki Bret Şafer qeyd edib.

"Bloomberg”in göstərdiyi kimi, həmin akkauntlarda əks olunan twitter materiallarının əksər hissəsi Rusiya mətbuatı, xüsusilə "Sputnik” və "Russia Today” kimi qara təbliğat kanallarından gələn infromasiyalardır.

Fransızları qəzəbləndirən "Sputnik” və "RT”dəki yayılan bir video olub.

Belə ki, kanal fransız polislərinin dəbilqələrinin çıxarmasını onların üsyançılarla həmrəylik nümayiş etdirməsi kimi göstərib..

Lakin sonradan həmin polislərin sadəcə onlarla söhbət etmək üçün dəbilqələrini müvəqqəti olaraq çıxarıdıqları bilinib.

Buna görə "Sputnik” və "Russia Today” hətta üzr belə istəməyiblər.

Böyük Britaniyanın "The Times” qəzeti isə Rusiya ilə bağlantılı yüzlərlə akkauntun Fransadakı hadisələr barədə gündə 1500-dən çox infomasiya yaydığını bildirib.

Oxşar xəbərlər