Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."

  • 10 dek 2018, 08:30

Avropanı mühacirlər və müsəlmanlar yox, avropalılar silkələyir

Parisdə baş verən etiraz aksiyaları dünyanın gündəmindən çıxmır. Almaniya nachrichten.at saytı bildirir ki, dünən Fransada 125 min adam etirazlarda iştirak edib. Təkcə Parisdə 10 min adam "sarı gödəkçəli"lərə qoşulub. 

1400 nəfər həbs olunub. 135 nəfər yaralanıb, onlardan 118 nəfəri mülki şəxsdir, yaralananlar arasında 17 polis zabiti də var. Axşama doğru isə Fransanın daxili işlər naziri Christophe Castaner bildirib ki, yaralıların sayı 179-a çatıb.

Almaniyanın tagesschau.de media orqanı yazır ki,Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada "sarı gödəkçəli"lərin etiraz aksiyalarına münasibət bildirib. Almaniya nəşri Ərdoğanın aşağıdakı fikrini sitat olaraq verib: "O kəslər ki, bizim polisləri qəddarlıqda suçlayırdı, indi özləri öz polislərinin nələr törətdiyinə diqqət etmək zorundadır"...

Eyni məsələ ilə bağlı "Anadolu Agency" daha geniş xəbər yayıb.

"Şənbə günü Avropanın üç ölkəsində (Belçika və Hollandiyada da) etiraz nümayişləri keçirilib. Avropanın təhlükəsizliyi və rifahı müsəlmanlar və ya mühacirlər tərəfindən yox, məhz Avropanın öz xalqları tərəfindən silkələnib", cənab Ərdoğan belə deyib. O, anti-mühacir və İslamofobiya haqqında siyasi maraqlar naminə populizmə uğrayan avropalı siyasətçilərin öz əlləri ilə qurduqları tələləyə özlərinin düşdüyünü söyləyib.

Avropanın küçə və meydanlarında baş verən nümayişləri diqqətlə izlədiyini bildirən prezident deyib ki, Avropada demokratiya, insan hüquqları və azadlıq uğrunda aparılan mübarizə uğursuzluqla üzləşib: "Mən etirazçıların yaratdığı xaosa da, etirazçılara qarşı istifadədə nisbəti aşan zoraklığı da rədd edirəm".

 

Ərdoğan Qərbi bir daha PKK terror təşkilatına dəstək verməkdə suçlayıb və deyib ki, PKK-ya simpatiya bəsləyənlər də xaosa səbəb olan nümayişlərdə öndə olublar: "Biz Qərbə deyirdik ki, PKK-çıları, terrorçuları bizə geri verin. Verin ki, onlar qanun qarşısında cavab versinlər...


Əgər siz bunu etsəniz əminik ki, Türkiyəni daha yaxşı başa düşəcəksiz və biz Türkiyə olaraq sizinlə həqiqi dost olarıq".


Xəbərin orijinalı bu linkdə: https://www.tagesschau.de/ausland/gelbwesten-reaktionen-ausland-101.html

 

Oxşar xəbərlər