Qazaxıstan prezidenti öz qızına mükafat verdi

  • 07 dek 2018, 10:12

Qazaxıstan prezidentinin kiçik qızı Aliya Nazarbayeva atası tərəfindən dövlət mükafatı alıb.

Bu barədə yayılan məlumatlarda deyilir ki, Qazaxıstan prezidenti öz qızı Aliyaya ədəbiyyat və incəsənət sahəsində göstərdiyi xidmətlərinə görə 2018-ci il üzrə dövlət mükafatı verib.

Aliya Nazarbayeva bu mükafata "Anaya doğru gedən yol" adlı tam metrajlı bədii filmə görə layiq görülüb.

Bu mükafat filmin müəllifləri - Axan Satayev, Timur Jaksılıkov, Altınay Neqerbek və Adilə Ahmetovaya da verilib.

Demokratik.Az

Oxşar xəbərlər