Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi

  • 07 dek 2018, 02:07

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Bu dəfə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatları keçirib.

Türkiyə mediasının məlumatına görə, antiterror əməliyyatları Sinat-Haftanin, Metina və Hakurk bölgələrində təşkil olunub. Əməliyyatlar zamanı 8 terrorçu zərərsizləşdirilib.

Məlumata görə, onlar terror hücumuna hazırlaşırmış.

Əməliyyatlar zamanı həmçinin terrorçulara məxsus sığınacaqlar da məhv edilib.

Oxşar xəbərlər