Gürcüstanda prezidentin kürəkəni saxlanıldı

  • 07 dek 2018, 00:16

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni qanunsuz silah saxlamada şübhəli bilinib.

xu.Az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ötən gecə Marqvelaşvilinin qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tbilisidə saxlanılıb.

Ümumilikdə Tbilisi polisi qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıb. Qeyd edilir ki, saxlanma zamanı şübhəlilər üzərilərindəki silahları eyvandan atıblar.

Məlumatlara görə, saxlanılan şəxslər qaldıqları evi altı ay müddətinə kirayəyə götürüb.

Xatırladaq ki, Qoqoçurinin diqqət mərkəzinə düşməsi ilk dəfə deyil. İyulda o, bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, 2017-ci ilin yanvarında isə güllə yarası alıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ölkənin 5-ci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.

Demokratik.Az

Oxşar xəbərlər