David Şahnazaryan Nikol Paşinyanı hədələdi

  • 05 dek 2018, 20:39

"Tezliklə Nikol Paşinyanın özü təqsirkar statusunda sorğu üçün gələcək, buna şübhə etməyin”.

Bunu Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistanın xüsusi xidmət orqanlarına rəhbərlik etmiş David Şahnazaryan jurnalistlərə deyib.

Şahnazaryan əlavə edib ki, bu, təhdid deyil, gözləntidir: "Gün gələcək, o, ifadə verməyə başlayacaq. O zaman isə hüquq-mühafizə orqanları hüquqi qiymətləndirmələr verəcək”.

Qeyd edək ki, D.Şahnazaryan milli təhlükəsizlik xidmətinə dindirilmək üçün çağırılıb. Hakimiyyəti Qarabağı təhvil verməyə hazırlaşmaqda günahlandıran Şahnazaryan dindirməyə getməkdən imtina edib.

Oxşar xəbərlər