KXDR əsgəri Cənubi Koreyaya keçib

  • 01 dek 2018, 11:52
Koreya Xalq demokratik Respublikası (KXDR) ordusunun əsgəri iki ölkə arasındakı quru sərhədindən Cənubi Koreyaya keçib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bu barədə xəbər yayıb. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri yerli vaxtla səhər 7:56-da KXDR əsgərinin sərhədi keçdiyini müəyyən ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

Qeyd edək ki, bu, iki ölkə arasındakı demilitarizasiya zonasında hərəyə 10 mühafizə postunu ləğv etmələrindən sonra ilk belə hadisədir.

Oxşar xəbərlər