Əfqanıstanda 16 silahlı məhv edilib

  • 08 noy 2018, 19:38

Əfqanıstanın şimal-şərqindəki Bağlan əyalətində təhlükəsizlik qüvvələri əcnəbi hərbçilərin dəstəyi ilə "Taliban” hərəkatının 16 silahlısını zərərsizləşdirib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əyalətin polis rəisi Əkrəməddin Sarenin verdiyi məlumata görə, hərbi hava qüvvələrinin də cəlb olunduğu dördgünlük əməliyyat zamanı həmçinin 19 silahlı yaralanıb, bir neçə kənd talibançılardan təmizlənib.

Oxşar xəbərlər