Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:03 - 22.01.2019  
Trampın taleyi iki gün sonra bəlli olacaq
Tarix: 4-11-2018, 19:18 | Bölmə: Xəbərlər » Dünyada

Trampın taleyi iki gün sonra bəlli olacaqNoyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Ümumilikdə amerikalılar bu seçki ilə Nümayəndələr Palatasının gələcək tərkibini, Senatda boş qalmış 33 mandatın sahibini, 36 ştatda qubernatorları, Kolumbiya federal dairəsi də daxil olmaqla 50 ştatda yerli idarəetmə orqanlarının seçkili pozisiyaları üçün 6665 siyasətçiyə səs verəcəklər.

Hazırda Konqresdə üstünlüyün Respublikaçılar Partiyasına məxsus olması prezident Donald Trampın mövqelərini gücləndirən mühüm amil sayılır. Trampın bir sıra problemli addımlar atmasında, qərarların qəbul etməsində bu faktorun rol oynadığı sirr deyil. Odur ki, siyasi təhlilçilər hesab edir ki, Konqresə seçkilərin nəticələri Trampın bundan sonrakı fəaliyyəti, hətta vəzifədə qalıb-qalmaması məsələsində ciddi əhəmiyyət daşıyacaq.

Siyasi ekspert Yeganə Hacıyeva "Yeni Müsavat”a şərhində bildirdi ki, aralıq seçkiləri ABŞ seçki sisteminin böyüklüyünə görə ikinci, əhəmiyyətinə görə isə əsas seçkisidir: "Bu seçkini adətən ABŞ siyasətində mövcud prezidentə və onun komandasına güvən və inam testeri də adlandırırlar. Məhz bu seçkilərdə Konqressin Nümayəndələr Palatasının 435 yerlik aşağı palatası tam tərkibdə, Senat adlandırdığımız yuxarı palatası isə 1/3 tərkibdə, güclər bölgüsündən asılı olaraq 33 və ya 34 mandat sahibləri tam yenilənəcək. Paralel olaraq aralıq seçkilərdə əksər ştatlarda qubernatorların növbəti seçim üçün taleyi müəyyənləşdirilir. ABŞ daxili siyasi adət- ənənəlinə görə, bir qayda olaraq ABŞ-ın növbəti prezidenti Nümayəndələr Palatasında çoxluğu qazanan partiyanın nümayəndəsi seçilir. Ümumi olaraq hansı partiyanın qalib gələcəyi haqqında danışsaq, onu qeyd edim ki, Donald Trampın siyasəti son illər ABŞ cəmiyyətini iki hissəyə bölüb. Əgər daha öncələr cəmiyyətdə hər iki partıya - demokratlar və ya respublikaçılardan kənarda üçüncü bir nüfuzlu, yəni hər iki partiyanın siyasətini bəyənməyən bir seqment formalaşmışdırsa, son illər bu hal mövcud deyil. Ölkə daxili nüfuzlu sosial araşdırma nəşrlərinin sorğularına görə, cəmiyyət iki düşərgədən - demokratlar və respublikaçıların dəstəkçilərindən ibarətdir. Bu isə o deməkdir ki, aralıq seçkisində uğur seçki məntəqələrinə daha çox tərəfdarını gətirə biləcək partiyaya məxsus olacaq. Konkret olaraq hansı partiya aralıq seçkisində uğur qazanacaq sualının cavabına gəlincə, müşahidə və təhlillərimə görə bu, Demokratlar Partiyası olacaq”.

Ekspert qeyd etdi ki, seçkilər ərəfəsində Tramp administrasiyası öz düşərgəsinin mövqeyini möhkəmləndirmək üçün ənənəvi Meksika ilə sərhəd və miqrant kartlarını istifadə edir, seçkilərə bir həftə qalmış Tramp Meksika ilə sərhəddə odlu silahın istifadə olunmasına icazə və ABŞ-da doğulmuş miqrantların uşaqlarına vətəndaşlıq verməməyi vəd edib:"Digər tərəfdən, Trampın aqressiv və düşmənçi ritorikasının nəticəsi kimi Pensilvaniya ştatının Pittsburq şəhərində sinaqoqda 11 nəfərin qətli ilə nəticələnən hadisə və tərəfədarlarından birinin seçkilərdən bir qədər əvvəl nüfuzlu demokratların ünvanlarına bomba göndərməsi respublikaçıların mövqelərini zəiflədən məqamlardır. 

Fikrimcə, aralıq seçkilərində demokratlar Konqresin Nümayəndələr Palatasında mütləq üstünlük qazanacaq - 80 %-dən yuxarı nəticə ilə aşağı palataya nəzarət əldə edəcəklər. Senatda isə mövqelərini möhkəmlədəcəklər. Bu vəziyyət isə Trampın gələcək hakimiyyətinin taleyini həll edəcək. Nümayəndələr Palatasında üstünlüyü respublikaçılar saxlayacağı halda ssenari üçün onu bildirim ki, bu hal Trampın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək, prezident iqtisadiyyatın tənzimlənməsi və vergi azalmalarına yönəlik islahatları davam etdirə biləcək, tibbi sığortalar haqqında qanunu yenidən ləğv etməyə çalışacaq və ən əsası, prezidentliyinin ilk günlərindən onu təqib edən impiçment haqqında müzakirələrə nöqtə qoyacaq. 

Demokratların üstünlüyü halında xüsusi prokuror Rober Müllerin istintaqı, həmçinin Konqres və Senatda aparılan araşdırmalar daha ciddi şəkildə gündəmə gələcək, Tramp və komandası ətrafında səngiməyən müxtəlif ittihamları araşdırmaq çağırışları və ən əsası, impiçmentə çağırış daha da güclənəcək. Bu proseslərin Trampın impiçmenti il nəticələnəcəyi isə real deyil və fikrimcə, Tramp öz prezidentlik müddətini qalmaqalla da olsa, tam başa vuracaq. Lakin növbəti dəfə prezident olmayacaq”.

Bir sıra ekspertlər isə belə hesab edirlər ki, Amerika siyasətində yaranmış durumu yalnız bir seçki ilə düzəltmək mümkün deyil. Uğur əldə edilməsi üçün, ən azı, bir neçə seçkinin keçirilməsi, Respublikaçılar Partiyasının yenilənməsi və fərqli əxlaqi oriyentirləri olan fərqli prezidentin seçilməsi tələb olunur. Ancaq 6 noyabrda keçiriləcək seçkilərin müsbət nəticələri bu uğura aparan yolu göstərə bilər.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Xəbər 419 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Rusiya və Çin kanalına müsahibə verib
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb
3 vəkilin fəaliyyətinə "son", 1-nə töhmət
Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi
Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"
Tanınmış futbolçu karyerasını başa vurub
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
Gəncədə "Unutmuruq!" aksiyası keçirilib
Prezident Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şuşanın icra başçısı Trampın avtomobilində gəzir - FOTO
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14793] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00718] calend [0.00042] topnewsend [0.00312] rsssend [0.00000] ehgend [0.01750] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11831]