Tramp dünyanı xilas etdiyini bildirib

  • 02 noy 2018, 08:10

ABŞ prezidenti Donald Tramp güman edir ki, onun Koreya yarımadasındakı vəziyyətin nizamlanması ilə bağlı səyləri olmasaydı, dünya indi nüvə müharibəsi vəziyyətində idi.

"Report” TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla cümə axşamı Missuri ştatından tərəfdarları qarşısında çıxış edib.

"Doğru adam gəlməsəydi, bu dəqiqə biz nüvə müharibəsi vəziyyətində olacaqdıq. Odur ki, indi hər şey yaxşıdır", - deyə o özü və Sinqapurda Şimali Koreya lideri Kim Çen In haqqında danışarkən bildirib.

Tramp həmçinin KXDR lideri ilə münasibətlərinin "çox yaxşı" olduğunu deyib.

Oxşar xəbərlər