Rusiya hərəkətə keçdi - Zaxarçenko cinayəti...

  • 31 okt 2018, 08:44

Ukrayna tərəfinin Aleksandr Zaxarçenko cinayətində əli olmasını düşünmək üçün ciddi əsaslar var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Zaxarçenko sui-qəsdi regionda qeyri-sabitliyin bərqərar olmasına hədəflənib. Bu cinayəti Ukraynanın törətməsinə dair təkzibedilməz əsaslar var”, - deyə diplomat bildirib.

Xatırladaq ki, Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko 31 avqust tarixində "Separ” kafesinə öncədən qoyulan partlayıcının işə düşməsi nəticəsində öldürülüb.

Oxşar xəbərlər