Demokratik TV
Xəbər lenti
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
- 19 okt 2018, 14:16
Avropa İttifaqı yaxın gələcəkdə ABŞ-ın sanksiyalarından yan keçməklə, İran neftini almağa və bu ölkə ilə qanuni işbirliyi qurmağa imkan verən mexanizm hazırlamaq niyyətindədir.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini bildirib.
O qeyd edib ki, perspektivdə həmin mexanizmə İranın ənənəvi tərəfdaşı olan ölkələr, o cümlədən Asiya dövlətləri qoşula bilər.
Oxu.az xatırladır ki, avqust ayında Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını öz ərazisində qeyri-qanuni adlandırıb, dövlət qurumlarına və şirkətlərə onlara əməl etməyi qadağan edib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti