ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb

  • 17 okt 2018, 08:24

Birləşmiş Ştatlarda artıq sakitləşən "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb və yerli hökumət bu sayın artacağını gözləyir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Onun hesablamalarına görə, təbii fəlakət nəticəsində 20 nəfər Floridada, 5 nəfər Vincinyada, üç nəfər Şimali Karolinada və bir nəfər isə Corciyada həyatını itirib.

Təbii fəlakət zamanı əlaqə kəsilən insanların axtarışı davam etdirilir.

Son məlumatlara görə, min nəfərdən çox insanla əlaqə kəsilib. Hökumət güman edir ki, onlardan kimlərsə ölüb və qurbanların sayının artcağı proqnozlaşdırılır.

Oxşar xəbərlər