ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV

  • 15 okt 2018, 08:54

Rahib Bransonun azad edilməsi həm ABŞ-ın, həm də Türkiyənin xeyirinədir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Yerusəlim Post” qəzeti yazıb.

"Bu, ABŞ və Türkiyə üçün böyük bir qələbədir. Branson probleminin həll edilməsi ilə hər iki ölkə öz imicini qorumuş oldu. Bu, iki dövlət arasında mövcud münasibətləri də inkişaf etdirəcək. Türkiyə diqqətini Menbiçdə hərbi əməliyyatlara başlamağa cəmləyib və oradakı ABŞ qüvvələrinə təzyiq göstərmək niyyətindədir. Branson böhranının aradan qalxmasından sonra Vaşinqton-Ankara münasibətlərində yeni bir dövr başlayacaq", - qəzet bildirib.

Oxşar xəbərlər