Putin işgüzarlığının SİRRİ

  • 09 okt 2018, 21:39

Rusiya Prezidenti Vladimir Putin Stavropol diyarında fermerlerlə görüşdə işgüzarlığının sirrini açıqlayıb.

    Kreml rəhbəri baş nazir Dmitri Medvedyevlə birlikdə "Rassvet” kənd təsərrüfatı müəssisəsində olub və fermerlərlə nahar edib.

Fermerlərdən biri "Bu qədər gərgin qrafikdə necə bizimlə nahar etməyə vaxt çatdırırsınız?” sualını dövlət başçısına ünvanlayıb.

Prezident də öz növbəsində zarafatından geri qalmayıb:

"Mən bura nəyə görə gəlmişəm? Əlbəttə ki, nahar etməyə... Zarafat edim. Ən yaxşı enerji sizin kimi insanlarla ünsiyyətdə olan zaman yaranır. Mən mübaliğəsiz doğru olanı deyirəm. Bu, həqiqətdir. Nələrin baş verdiyinə baxdığınızda hər zaman tamamlayıcı güc yaranır. Uğurlu insanları gördükdə, iş bacaran insanları gördükdə... Bu da bizim nəticəmizdir və ona görə də enerji vardır”.

Oxşar xəbərlər