Suriya Demokratik Qüvvələri ABŞ koalisiyasının dəstəyi ilə Deyr əz-Zorda, İŞİD-in Fərat çayı ətrafında son məntəqəsində 8 km irəliləyərək Şeyla yaşayış məntəqəsini ələ keçiriblər.
Xarici KİV-lərin yaydığı xəbərdə bildirilib ki, əməliyyat zamanı onlar İŞİD-in bu ərazidəki mənzil qərargahını və bir neçə tunelini məhv edib.
Yeri gəlmişkən SDF Deyr-əz-Zorda ələ keçirdikləri xarici terrorçular barədə də video paylaşıb. Kadrlardan görünür ki, onlardan biri Azərbaycanlıdır. 1974 təvəllüdlü gəncin adı İsmayıl Rəşad Rafiq kimi qeyd olunub./sfera.az/