"Əgər Paşinyan istefa versə..." - Ara Papyan

  • 05 okt 2018, 07:42

Ermənistanın Kanadadakı keçmiş səfiri, "Modus vivendi” analitik mərkəzinin direktoru Ara Papyan baş nazir Nikol Paşinyanın istefasını olduqca riskli addım sayır.

Ara Papyanın fikrincə, keçmiş iqtidara yaxın Respublika, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" dərhal öz namizədlərini irəli sürüb baş naziri seçəcəklər.

"Özü də bu prosesin qabağını almaq olduqca çətin olacaq. Çünki parlament xaricində uzağı iki həftəlik mühasirə ola bilər ki, bu da səsverməyə əngəl törətməz. Özü də səsvermə zamanı deputatların parlment iclas zalında olmasına da ehtiyac yoxdur. Onlar öz səslərini yazılı formada da göndərə bilərlər”, - Papyan deyib.

Digər tərəfdən Ara Papyan keçmiş iqtidara yaxın bir adamın baş nazir seçilməsi halında ölkədə yeni toqquşmaların olacağını bildirib.

"Qanunilik qanunsuzluğa əsaslana bilməz. Nikol Paşinyanın arxalanmaq istədiyi konstitusiya da qanunsuzdur. Çünki parlament seçkiləri də qanuna uyğun keçirilməyib”, - Papyan qeyd edib.

Ara Papyan situasiyanın başqa cür inkişaf edəcəyini də isitsna etməyib: "Əks inqilabçı qüvvələr bizim təsəvvürümzə gəlməyən tədbirlərə də əl ata bilərlər. Buna görə çox ehtiyatlı olmaq və referendum keçirmək lazımdır”.

Oxşar xəbərlər