Makron BMT-də ABŞ-ı tənqid edib

  • 28 sen 2018, 07:38

Xəbərə görə, BMT BM-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donal Trampdan sonra çıxış edən Fransa Prezidenti Emmanuel Makron İran böhranını «dialoq və çoxtərəfli yanaşma» yolu ilə həll etməyə çağırıb. Bu barədə «LeMonde» qəzeti yazıb. /azpolitika/

«Bu yol – birtərəfli yoldur və bizi məhvə, münaqişələrə, hamını hamı ilə ümumi cəbhələşməyə aparır – hamını ziyana aparır, hətta özünü ən güclü hesab edənləri belə» – deyə, Makron ad çəkmədən, ABŞ-a üz tutub.

«İranda vəziyyətin real həllinə nə kömək edər və nə imkan verib ki, artıq onu sabitləşdirməyə başlansın? Güclünün hüququmu? Birtərəfli təzyiqmi? YOX!» – Fransa Prezidenti əlavə edib.

Bundan başqa, Makron «Paris sazişinin şərtlərinə əməl etməyən nəhənglərlə ticarət sazişləri bağlamamağa çağırıb» – yenə də iqlim üzrə sazişdən 2017-ci ildə çıxmış ABŞ-ı nəzərdə tutub.

Fransa lideri çıxışının gedişində amerikalı həmkarını enerji resurslarının qiymətini aşağı salmaq məqsədilə, neft ixrac etmək üçün İrana imkan yaratmağa çağırıb.

«Əgər İran neft sata bilərsə bu, neftin qiymətinə müsbət təsir göstərər. Sülhün saxlanması və neftin dünya qiymətləri üçün bu, yaxşıdır» – deyə, Makron öz çıxışından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Oxşar xəbərlər