Makron Trampa İran neftinə dair çağırıb edib

  • 26 sen 2018, 08:09

ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin [düşməsi] üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib.

"Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib.

Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub".

"Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib.

Oxşar xəbərlər