Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:44 - 23.02.2019  
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
Tarix: 22-09-2018, 09:41 | Bölmə: Xəbərlər » Dünyada

Paşinyanın Qərb və Rusiya arasında "balans” kursu bumeranq kimi özünə qayıtmağa başlayıb;  "Rus NATO-su”na rəhbərlik Ermənistandan alınır; Paşinyanın Trampla görüş cəhdləri də boşa çıxıb - səbəb...

İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şansErmənistanda "məxməri inqilab”ın yaratdığı və narazı kütlənin böyük ümid bəslədiyi hakimiyyət dəyişikliyindən keçən 4 ayda təzə hökumət hələ də daxildə hansısa böyük uğura imza ata bilməyib. Əhalinin güzəranı zərrəcə yaxşılaşmamış qalır, ölkədən kütləvi köç dayanmayıb. Baş nazir Nikol Paşinyanın xarici siyasət sahəsində vəziyyəti isə daha acınacaqlı görünür.

Ondan başlayaq ki, artıq Ermənistan "Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu vaxtından əvvəl itirmək üzrədir. Bu da blokun indiki baş katibi, general Yuri Xaçaturova qarşı cinayət işinin açılması və onun qısa müddətli həbsi ilə birbaşa əlaqəlidir. Moskva bu addımı forpostu tərəfdən həm özünə qarşı siyasi demarş, həm də qurumu gözdən salmaq cəhdi kimi qiymətləndirib. Doğrudur, az sonra Kremlin təzyiqi ilə Xaçaturov Moskvaya - öz vəzifəsinə qayıtdı, ancaq artıq iş işdən keçmişdi.

İndi isə məlum olur ki, Paşinyan iqtidarının KTMT-yə başqa bir erməninin baş katib gətirilməsi təklifini nəinki Rusiya, blokun digər iki üzvü - Qazaxıstan və Belarus da qəbul etməyib. Hərçənd Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan iddia edir ki, məsələ ilə bağlı üzv ölkələrlə məsləhətləşmələr davam etdirilir.

Belə ki, az öncə Nikol Paşinyanın KTMT-də baş katib dəyişdirilsə də, Ermənistanın bu postu əlində saxlaya biləcəyinə dair hər cür əsasa malik olduğunu bəyan etməsinə diqqət çəkən jurnalistlər Mnatsakanyandan buna münasibət istəyiblər. O isə məsələyə dair şərh verməkdən imtina edərək, sadəcə, "danışıqlar davam edir” deməklə kifayətlənib.

Ermənistandakı və Rusiyadakı analitik mərkəzlər isə Paşinyanla eyni nikbinliyi bölüşmürlər. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Xaçaturovdan sonra Ermənistan KTMT-dəki baş katib postundan məhrum olacaq. "Nikol Paşinyanın nikbinliyi özünü doğrultmayacaq. Çünki Xaçaturovdan sonra baş katib postunun Ermənistanda qalması üçün Paşinyan Lukaşenko və Nazarbayevlə söhbət edib və aydın olub ki, onlar Paşinyana rədd cavabı veriblər, Ermənistan bu məsələdə dəstəksiz qalıb. KTMT-nın yaxın zamanda baş tutacaq növbəti sammitində baş katib postu Belarusa keçəcək”, - deyə Yevseyev əlavə edib.

"Yeni Müsavat” xatırladır ki, az öncə KTMT Birləşmiş Qərargah rəisi, general Anatoli Sidorov Ermənistanın guya Azərbaycan tərəfindən onun ərazisinə zərbə endirdiyini iddia edərək KTMT-nin hərəkətə keçməli olması haqda təxribatçı çağırışını qulaqardı eləmişdi. Rus general habelə Azərbaycana qarşı heç bir güc tətbiq edilməyəcəyini söyləmişdi. Eyni zamanda o, münaqişə tərəflərinin öz aralarında dinc həll yolunu tapacağına ümid ifadə etmişdi. Bu da İrəvanın "şimal cəbhəsi”ndə növbəti siyasi-diplomatik fiaskosu hesab oluna bilər. 

*****

Bu arada Paşinyan hökumətinin xarici siyasət kursundakı böyük bir diplomatik uğursuzluğunun altını cızmaq lazım gəlir. Söhbət aylardır ABŞ-dakı nüfuzlu erməni lobbisinin də çalışdığı Tramp-Paşinyan görüşünə nail olmaqdan gedir. Mnatsakanyan deyib ki, Paşinyanın BMT-nin gələn həftə Nyu-Yorkda keçiriləcək Baş Məclisi çərçivəsində prezident Trampla görüşü gözlənilmir. Belə bir görüş isə Paşinyana ilk növbədə seçkilər öncəsi Amerikanın maliyyə-iqtisadi dəstəyini almaq üçün hava-su kimi vacib idi.

Erməni XİN başçısı özünü sındırmayaraq onu da deyib ki, Tramp-Paşinyan görüşünün təşkili üzərində erməni tərəfi Amerika tərəfi ilə intensiv işləyib, "lakin proses zaman tələb edir və tələskənliyə ehtiyac yoxdur”. Əlavə edək ki, Nikol Paşinyanı Donald Trampla görüşdürmək üçün ABŞ konqresmenləri səviyyəsində də ciddi iş aparılıb. Bir qrup konqresmen bundan ötrü hətta ABŞ prezidentinə yazılı müraciət ünvanlamışdı. Göründüyü kimi, nəticə olmayıb.

ABŞ-a can atan Paşinyan isə bu üzdən səfərini ləngitməli olub. Lakin bunu İrəvanda mer seçkisi ilə əlaqləndirməyə çalışıb. "168 Jam” qəzeti isə yazıb ki, Paşinyan səfərini heç də İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə iştirak üçün təxirə salmayıb (axar.az). Sitat: "Əldə etdiyimiz məlumata görə, səfərin təxirə salınma səbəbi başqadır. Belə ki, erməni tərəfi əvvəlcə ABŞ prezidenti Donald Trampla görüşməyi təklif etsə də, bu istək rədd edilib. Daha sonra vitse-prezident Maykl Penslə görüşə cəhd edilib, lakin bu istəyə də neqativ cavab verilib. ABŞ-a səfərin ”xilası üçün" son ümid Ermənistan xarici işlər naziri Mnatsakanyanla dövlət katibi Mayk Pompeonun görüşünün təşkili olub. Lakin hələlik ABŞ tərəfi bu görüşün keçirilməsi üçün öz cavabını verməyib. Mənbəmiz bu görüşə də rədd cavabı veriləcəyini gözləyir", - deyə məlumatda bildirib.

*****

Qeyd edək ki, bütün səylərə rəğmən, Ağ Ev başçısının Nikol Paşinyanla görüşdən imtinası rəsmi İrəvanın Qərb geosiyasi istiqamətində ciddi diplomatik fiaskosu olmaqla yanaşı, ABŞ-ın Ermənistanda post-inqilab dönəmində real islahatların aparılmasının mümkünlüyünün, konkret olaraq, Paşinyanın demokratiya vədlərinin ciddi qəbul olunmadığının, Ermənistana və onun hazırkı rəhbərliyinə etimad göstəricisinin çox aşağı olduğunun qabarıq təzahürüdür. Bunu Paşinyan iqtidarının Rusiya və ABŞ-a hesablanmış "iki stul”da oturmaq siyasətinin faş olması da saymaq olar.

Beləcə, Paşinyan hökuməti hər iki diplomatik cəbhədə - həm Rusiya və digər KTMT ölkələri ilə münasibətlərdə fiasko ilə üz-üzədir, həm də Qərblə yaxın əlaqələr qurmaq kursu daşa dirənib. Bu isə rəsmi Bakının önə keçməsi və Qarabağ məsələsində təbliğat savaşını daha uğurla aparması üçün ona unikal şans açır.

Belə bir gəlişmə erməni ekspert dairələrində də etiraf olunmaqdadır. Məsələn, informasiya təhlükəsizliyi məsələləri üzrə erməni ekspert Samvel Martirosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir. O, bildirib ki, İrəvanın informasiya siyasətini "dondurulmuş” hesab etmək olar.

"Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sərkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”, - deyə o qeyd edib və əlavə edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərib və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb olub.

Bir sözlə, Nikol Paşinyanın Qərb və Rusiya arasında "balans” yaradıb hər iki qlobal gücdən dəstək almaq kursu bumeranq kimi artıq onun özünə və komandasına qayıtmağa başlayıb. Bu isə Ermənistanın yeni rəhbərliyinə çarpaz təzyiqlər vəd edir...

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 719 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16802] initstartout [0.00016] initstartin [0.00094] calstart [0.01055] calend [0.00061] topnewsend [0.00428] rsssend [0.00000] ehgend [0.02985] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12111]