Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir

  • 20 sen 2018, 07:42

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ikitərəfli münasibətlərdə böhran olmasına baxmayaraq, investisiya və ticarət sayəsində ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, siyasi fikir ayrılığını iqtisadiyyat ilə qarışdırmaq düzgün deyil.

O əlavə edib ki, Türkiyə ABŞ-la aralarında olan problemlərinin işgüzar dairələrdə öz əksini tapmasını istəmir və biznesin zərər çəkməməsi üçün zəruri tədbirlər görəcək.

"Bizim ABŞ ilə strateji tərəfdaşlığımız investisiya və ticarət sayəsində möhkəmlənməlidir", - deyə Ərdoğan Türkiyədəki Amerika şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.

Oxşar xəbərlər