Trampdan Ukraynadan üzr istəmək tələb olundu

  • 18 sen 2018, 07:40

Budapeşt memorandumunu imzalayan ölkələr Kiyevi aldatdığı üçün ABŞ prezidenti Donald Tramp Ukraynadan üzr istəməlidir.

Oxu.Az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçma bəyan edib:

"Ukraynanı aldatdılar. Şimali Koreya nüvə silahı olmadan heç nəyə yaramır. Mən Trampa Kiyevə müraciət edərək üzrxahlıq istəyib, bu məsələdə Ukraynaya fəal şəkildə kömək edəcəyini söyləməyi məsləhət görərdim”.

Qeyd edək ki, 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ Budapeşt memorandumu imzalayıblar. Sənədə əsasən, Ukrayna ərazisində yerləşən SSRİ nüvə silahından imtina edib. Bunun qarşılığında memorandumu imzalayan digər dövlətlər də Ukraynanın ərazi bütövlüyünü tanıyıb.

Oxşar xəbərlər