Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:06 - 20.07.2019  
Ağalarovların adı ABŞ-da şübhəli pul köçürmələrində hallandı
Tarix: 14-09-2018, 18:15 | Bölmə: Xəbərlər » Dünyada

Trampın oğlu və ruslar arasında 2016-cı ilin iyununda "Trump Tower”da keçirilən görüşdən sonra şübhəli tranzaksiyalar ABŞ təhqiqatçılarının diqqətin cəlb edir

Ağalarovların adı ABŞ-da şübhəli pul köçürmələrində hallandıABŞ-ın "BuzzFeed” saytı 2016-cı ilin iyununda Donald Trampın oğlu ilə ruslar arasında görüşdən sonra həyata keçirilən maliyyə əmliyyatlarının incələndiyini xəbər verib.

Xatırladaq ki, həmin ilin iyunun 9-da baş tutan görüşdə, Ağalarovlar ailəsini ABŞ-da təmsil edən Nataliya Veselnitskaya ilə bərabər Rusiya tərəfdən "Crocus Group”un vitse-prezidenti İrakli Kaveladze, hərbi kəşfiyyatçı Rinat Axmetşin,həmçinin tərcüməçi Anatoli Samaroçnı iştirak ediblər. Trampı isə eyni adlı oğlu, kürəkəni Cared Kuşner və həmin vaxt seçki qərargahının keçmiş rəhbəri Pol Manafort təmsil edib. ABŞ mətbuatının yazıdğına görə, görüş zamanı Veselnitskaya Donald Trampın əsas rəqibi Hillari Klintonla bağlı kompromat xarakterli materiallar verib.

"Sənədlər göstərir ki, Vladimir Putinə və Donald Trampa yaxınlığı ilə bilinən Araz Ağalarov bütün bu geniş maliyyə şəbəkəsinin mərkəzində olub, həmçinin özü, oğlu və "Trump Tower”dəki görüşdə iştirak edənlər üçün xarici hesablardan pul köçürülməsini təşkil edib”, - məqalə müəllifləri Entoni Kormyer və Ceyson Leopold yazır.

Federal orqanlardan "BuzFeed”ə verilən məlumata əsasən müstəntiqlər diqqətlərini şübhəli hesab etdikləri iki tranzaksiyaya yönəldiblər. Bunlardan biri həmin görüşdən sonra, ikincisi isə 2016-cı ilin noyabrındakı seçkilərdən sonra baş tutub.

"İlk seriya 2016-cı ilin iyunun 20-də həyata keçirilib. Həmin vaxt Ağalarova məxsus ofşor şirkəti özünün Nyu-York bankındakı şirkət hesabına 19,5 milyon dollar pul köçürüb. İkinci axın isə həmin ilin noyabrında, seçkilərdən sonra başlayıb. Ağalarovlar ailəsi Rusiyadakı bankdan milyarderin oğlu Emin Ağalarovun və iki dostunun Nyu-Cersidəki hesabına 1,2 milyon dollar pul yatırıb.

"BuzzFeed” həmin hesaba (Nyu-Cersi) 2015-ci ilin yayından heç vaxt pul gəlmədiyi, lakin birdən birə seçkidən sonra belə məbəğin köçməsinin müstəntiqlərdə şübhə oyatdığını yazıb.

Seçkidən sonra Nyu-Cersidəki hesaba yatırılan pullar Ağalarovların "Tramp Tauer”dəki təmsilçisi İrakli Kaveladzenin şirkətlərinə ötürülüb. Məhz Kaveladze Emin Ağalaroviun britaniyalı agenti Rob Qoldstoun vasitəsilə görüşün Trampın məkanında keçrilməsini təklif edibmiş.

ABŞ hüquq mühafizə orqanları bu cür qəribə pul köçürmələri ilə Rusiyanın ABŞ-dakı siyasi prosesə müdaxiləsini necə maliyyələşdirildiyi üzərində baş sındırırlar.

Məqalədə bu ərtaflı təsvir olunub:

"Trump Tower-dəki görüşdən 11 gün sonra Araz Ağalarov "Silver Valley Consulting” adlı şirkətin köməyi ilə çoxmilyonlu pul köçürməsi yerinə yetirib. Müstəntiqlər burada şabhəli məqamlaırn olduğunu qeyd edirlər. Belə ki, "Silver Valley” dünyada çirkli pulların yuyulması və vergidən yayınmaq üçün sığınacaq məkanı sayılan Britaniya Vircin adalarında "poçt qutusu” hesab olunur. 2016-cı ilin iyunun 20-də "Silver Valley” "Societe Generale Suisse” bankının Sürixdəki hesabından Ağaalarovun ABŞ-da "Morgan Stanley” bankındakı hesabına 19,2 milyon dollar pul köçürüb.

ABŞ bank müfəttişləri "Silver Valley”in 2012-ci ildə vergidən yayınan və dövlət əmlakını soymaqda şübhəli bilinən bir rusiyalı iş adamından 900 min dollar, növbəti ildə isə Rusiyanın pul yuma sxemində iştirakçısı olmaqda şübhələnən digər bir şəxsdən iki dəfə pul aldğını müəyyən ediblər.

Seçkilərdən 13 gün sonra isə Ağalarovların Rusiyadakı hesablarında Nyu Cersidəki hesaba 19 köçürmə gerçəkləşdirilib. "TD Bank"da açılan həmin hesaba 2015-ci ilin yayında cəmi 200 dollar pul olub. 2016-cı ilin noyabrından 2017-ci ilin iyununa qədər isə bu rəqəm 1,2 milyon dollara qədər artıb.

Məqalədə noyabrdakı pul köçürmələrinin yuxarıda adı çəkilən İrakli Kaveladzeyə məxsus "Corsy International” şirkətinə yönləndirildiyi vurğulanır.

"Corsy İnternatioonal” isə Hudzon çayı sahilində olduqca kiçik bir ofisdə yerləşir. Müstəntiqlər həmin kiçik ofisdə Kaveladze, Ağalarovlar və digər partnyorlara məxsus 8 şirkətin olduğunu aşkar ediblər.

"Sənədlər onu göstərir ki, həmin pul köçürmələrininçoxu 2016-cı ilin iyununda məlum görüşüdə vasitəçilik etmiş, musiqi prodüseri Rob Qoldstouna məxsus "Oui 2 Entertainment” və Kaveladzenin "Corsy international” şirkətinin payına düşür. Bank müffətişləri bunu da şübhəli sayır. Çünki "Corsy” idxal-ixracla məşğul olan, "Oui 2” isə musiqi şirkəti sayılır. Belə şirkətlər arasında pul tranzaksiyalaırn baş tutması isə heç bir məntiqə sığmır.

Xəbər 1251 dəfə oxunub






Oxşar xəbərlər

İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12790] initstartout [0.00977] initstartin [0.00066] calstart [0.00770] calend [0.00041] topnewsend [0.00279] rsssend [0.00000] ehgend [0.00525] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10082]