Fələstin prezidenti Trampla görüş üçün 3 şərt irəli sürüb

  • 14 sen 2018, 07:56

Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasında ABŞ dövlət başçısı Donald Trampla görüşü üçün 3 şərt irəli sürüb.

Bu barədə "Report" "Donia Al-Watan"a istinadən xəbər verir.

Fələstin Milli Şurasının üzvü Valid Avad bildirib ki, ABŞ Fələstindən BMT-də Abbasla Trampın görüşünün keçirilməsini xahiş edib.

O, bildirib ki, Fələstin lideri öz növbəsində bir neçə şərt irəli sürüb. M.Abbas ABŞ-dan Qüdsdəki səfirliyini bağlamağı, "əsrin razılaşması" mövzusunu qapatmağı və fələstinlilərlə israillilər arasında danışıqlara məsul olan nümayəndəni dəyişdirməyi tələb edib.

Oxşar xəbərlər