Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:35 - 20.11.2018  
Paşinyan danışdı, Putin isə yalnız bir dəfə... – Şok detallar
Tarix: 12-09-2018, 08:25 | Bölmə: Xəbərlər » Dünyada

"Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Paşinyan danışdı, Putin isə yalnız bir dəfə... – Şok detallarKolesnikovun Putin-Paşinyan görüşü ilə bağlı müşahidələrinin əhəmiyyətini nəzərə alaraq, ekspertin məqaləsini oxuculara təqdim edirik: / mənbə - axar.az/

"Putinlə Paşinyanın əvvəlki iki görüşü müxtəlif tədbirlər çərçivəsində baş tutduğundan rəsmi xarakter daşımayıb. Buna görə də budəfəki səfərin gündəliyində dayanan məsələlərlə yanaşı, küçələrdən gələn yeni erməni hökumətinin Kremlin zallarında peyda olması prosesinin özü də böyük maraq doğururdu. Burada ən mühüm məsələ bir qədər əvvəl eks-prezident Robert Köçəryanın həbsi və "Putin NATO-su”nun Baş katibi Yuri Xaçaturovun həbsinə cəhd etməklə Moskvanı kəskin qəzəbləndirən inqilab liderinin Putinlə necə danışması olmalıdır.

Nümayəndə heyətinin böyüklüyünə təəccübləndim: Kremlin kabinetinə onun ardınca dərhal çoxlu insan daxil oldu. Prinsipcə anlamaq olar ki, hələ az və ya çox dinc olan inqilabları dövründən bu insanlar tək gəzmirlər. Çünki xalqın müqəddəratını həll etmək təkbaşına narahat bir gücün iqtidarında deyil, ancaq hətta Çin nümayəndə heyəti belə Kremlə son səfərində daha təvazökar görünürdü. Görünür, hələ İrəvanda olarkən Paşinyandan Moskvaya gəlməyi xahiş edən hər kəs burada olub.

Jurnalistlər isə çox az idi. Sadəcə foto və televiziya müxbirləri gəlmişdi. Mən isə özü də uzun illər jurnalist olaraq çalışmış erməni baş nazirin istəyən hər kəsin bu sahədə çalışmasına icazə verdiyini eşitmişdim: akkreditasiyanın xarakteri bəlli idi. Belə ki, məsəl üçün, hətta mənə belə təklif etmişdilər.

Bundan əlavə, Paşinyanın şəxsi operatoru və səs mühəndisləri özlərini amerikalı həmkarları kimi apardılar. Daha doğrusu, kabinetin ərazisini dərhal mənimsədilər, səs cihazlarının necə işlədiyini yoxlayaraq öz baş nazirlərinin gəlməsini gözlədilər. Eyni zamanda, səliqəli geyinmiş və ümumiyyətlə uzun müddətdir hakimiyyətdə işləyən və öz dəyərlərini bilən insan təəssüratı yaratdılar.

Bütün bunlar mənə nəyisə xatırlatdı... Bunlar sürətli dəyişikliklərdir... Hə, əlbəttə, bu Gürcüstandır, anidən qalib gələn Saakaşvilidir!

Mən jurnalistlərdən birindən baş nazirin hansı əhval-ruhiyyədə olduğunu soruşanda "konstruktiv” cavabını verdi və əlavə etdi ki, Paşinyan Rusiyanı sevməsindən və dostluq etmək niyyətində olmasından danışacaq. Çünki Köçəryanın həbsindən sonra hər şey çətinləşib. Ancaq hər halda sonda onu azadlığa buraxdılar! Putin isə Köçəryanı doğum günü münasibətilə ictimai şəkildə, öz saytında təbrik edib. Ermənilər bu eyhamı anlayıb. Buna görə də hər şey qaydasındadır.

- Hər şeydən əvvəl icazə verin sizi Moskva Günü münasibətilə təbrik edim. Mən artıq böyük bir şənlik planlandığını hiss elədim”, - Paşinyan Putinə müraciət edərək deyib.

O, həmçinin Putindən "aralarındakı şəxsi münasibətlərin xüsusi xarakteri” barədə danışmaq üçün icazə də istədi.

"Hazırda həm erməni, həm də rus mətbuatında, sosial şəbəkələrdəki pessimizmə baxmayaraq, vurğulamaq istərdim ki, bizim münasibətlərimiz olduqca dinamik şəkildə inkişaf edir”, - erməni lider vurğuladı.

Qəribədir ki, Rusiya prezidenti belə bir nəzakətə bir dəfə də olsun cavab vermədi.

"Lakin bu demək deyil ki, bizim münasibətlərimizdə heç bir sual yoxdur”, - Paşinyan davam etdi.

Məhz burada Putin onunla razılaşdığını bildirdi.

Görünür, Köçəryanın həbsi onda həqiqətən güclü təəssürat yaradıb.

"Allah heç bir sualların olmadığı bir münasibət göstərməsin. Çünki bu, ortada, ümumiyyətlə, münasibətlərin olmadığı anlamına gələrdi. Əminliklə deyə bilərəm ki, bizim münasibətlərimizdə həll edilməyəcək məsələlər yoxdur. Əlbəttə, bizim parlaq münasibətlərimiz var (nə qədər səmimidirsə, həmsöhbətini də o qədər inandırdı – A.K), ancaq düşünürəm ki, bununla kifayətlənmək olmaz!” - Paşinyan əlavə etdi.

Mən isə Paşinyanın çıxışı zamanı erməni nümayəndə heyətindən bir nəfərin zalı tərk etməsi və bir neçə dəqiqədən sonra arxasında tutduğu əllərində sarı bağlama ilə içəri daxil olduğunu görəndə, həqiqətən, burada heç kimin dayanmaq niyyəti olmadığını başa düşdüm. Onun üzərində rus və görünür, erməni dillərində: "Erməni konyakı” yazılmışdı.

Kreml kabinetinə öz şərabları ilə gəlmələri, ehtimal ki, ilk dəfə baş verirdi.

Düşünüldüyü kimi, bu danışıqlar qısamüddətli olmadı. Ola bilsin, məhz buna görə "Zaryadye” parkında Putinin konsert zalını açmasını bir saatdan artıq gözləyiblər.

Demokratik.Az

Xəbər 707 dəfə oxunub






Oxşar xəbərlər

Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Sabahın hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14616] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00796] calend [0.00041] topnewsend [0.00509] rsssend [0.00000] ehgend [0.00538] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12605]