Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:44 - 16.09.2019  
11 sentyabr teraktından 17 il keçdi - Əsrin terroru
Tarix: 11-09-2018, 11:12 | Bölmə: Xəbərlər » Dünyada

11 sentyabr teraktından 17 il keçdi - Əsrin terroruBu gün 11 sentyabr terror aktlarının 17-ci ildönümüdür. Bu terror aktları "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı törədilib.

Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar olub.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur əkiz qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. 

11 nömrəli sərnişin təyyarəsinin şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verib. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan öncə cənub qülləsinin partlayışına şahidlik edib. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Cənub qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalanıb və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrilib. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Hücumdan sonra Corc Buş administarsiyası Osama bin Laden və "Əl Qaidə" təşkilatının ədalətə təslim olunmasi və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan edib. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması üçün bəhanə olub.

2001-ci il sentyabrın 20-ində prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışdı. Zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədi ilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrıldı, xeyriyyə cəmiyyətləri yaradılıb.

Demokratik.Az


Xəbər 1151 dəfə oxunub






Oxşar xəbərlər

Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”
Sami Yusifdən misilsiz ifa: Nəsimi qəzəli... - Video
"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."
Zakir Qaralov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
“Porsche” Bakının mərkəzində qəza törədib - FOTO
GÖZLƏNİLMƏZ! Putin seçkilərdə geri təpdi
ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb
Türkiyənin tanınmış aktyoru vəfat edib
Əli Həsənov Nəsimidən yazdı - "7 böyük ozandan biri..."
Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı
Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı
Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər
Əli Abbasov canını necə qurtardı? – Detallar
Deputatlar: Keçmiş nazirlərə cinayət işi açılmalıdır

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36487] initstartout [0.00018] initstartin [0.00073] calstart [0.01002] calend [0.00068] topnewsend [0.00695] rsssend [0.00000] ehgend [0.01239] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33311]