Gürcüstanla Ukrayna arasında səyahət razılaşması

  • 28 avq 2018, 21:16

Gürcüstan və Ukrayna vətəndaşlarının iki ölkə arasındakı səyahəti daha da asanlaşacaq.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, imzalanacaq yeni razılaşmaya əsasən Ukrayna və Gürcüstan vətəndaşları yalnız daxili sənədlərlə qarşılıqlı səyahət edə biləcəklər.

"Biz vətəndaşların daxili pasportlarla səyahət razılaşdırılmasının mətninin təsdiqini aldıq. İndi hökumət bu müqavilənin imzalanmasına icazə və səlahiyyət verməlidir” – Ukraynanın Gürcüstandakı səfiri Tsıbenko Vasili Kiyevdə diplomatların görüşündə bildirib.

Razılaşmanın sentyabrda BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında imzalanacağı bildirilir.

Qeyd edək ki, Ukrayna və Gürcüstan rəhbərlikləri analoji anlaşmanın imzalanması üçün 2017-ci ilin iyulunda danışıqlara başlayıblar.

Oxşar xəbərlər