ABŞ prezidenti Con Makkeynin dəfninə dəvət olunmayıb

  • 27 avq 2018, 09:21

ABŞ prezidenti Donald Tramp bazar günü dünyasını dəyişmiş respublikaçı senator Con Makkeynin dəfn mərasiminə dəvət olunmayıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, mərasimdə Birləşmiş Ştatların iki sabiq prezidenti – Barak Obama və kiçik Corc Buş, həmçinin hazırkı vitse-prezident Mayk Pens iştirak edəcək.

Arizona ştatından olan senator bazar günü 82 yaşında beyin xərçəngindən ölüb.

Oxşar xəbərlər