İŞİD Misirdə polis postuna hücuma görə məsuliyyəti üzərinə götürüb

  • 26 avq 2018, 20:39

İŞİD terror qruplaşması Misirin Şimali Sinay vilayətinin inzibati mərkəzi Əl-Ariş şəhərində polis postuna hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha bir neçə nəfər yaralanıb. Hücum edən silahlılar təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb. Onların sayı 4 nəfər olub.

Oxşar xəbərlər