Çindən Trampa ağır cavab - "gözə göz, dişə diş" siyasəti

  • 23 avq 2018, 16:35

İki ölkə arasında iqtisadi savaş böyüyür

Çinin Ticarət Nazirliyi ümumi dəyəri 16 milyard dollar olan ABŞ mənşəli məhsullara 25 faizlik əlavə verginin qüvvəyə mindiyini açıqlayıb.

Türkiyə mediası xəbər verir ki, nazirlikdən verilən açıqlamada ABŞ-ın bu gün qüvvəyə mindirdiyi 16 milyard dollar məbləğindəki Çin mallarına 25 faizlik əlavə vergi həmləsinə cavab olaraq Pekin rəhbərliyinin daha öncə anons verdiyi, ümumilikdə 16 milyard dollarlıq ABŞ mənşəli məhsullara 25 faiz əlavə vergi gətirmə qərarının qüvvəyə mindiyini bildirib.

Açıqlamada qeyd edilib ki, Vaşinqton rəhbərliyi Çin mallarına əlavə vergi həmləsinə etiraz etsə də, ABŞ sözügedən əlavə vergi həmlələri ilə Çinə qarşı tədbir görməkdən başqa bir variant qoymadığı arqumentinin üstündə dayanıb.

Çin hakimiyyəti isə ABŞ mallarına əlavə 25 faizlik gömrük vergisi tətbiq olunacağını və qərarın 23 avqustda qüvvəyə minəcəyini anons etmişdi. ABŞ-la Çin arasında ticari müharibənin başlanğıcı hesab edilən bu proseslər Donald Tramp hakimiyyətinin 23 martda dəmir və alüminiuma müvafiq olaraq 25 və 10 faizlik əlavə gömrük vergisi tətbiq etməsi ilə başlayıb. Çin isə Vaşinqtonun bu addımına cavab olaraq aprel ayının əvvəlində ABŞ mənşəli 128 məhsula 15-25 faizlik gömrük vergisi tətbiq edib. ABŞ rəhbərliyi eyni zamanda 22 martda Çinin ABŞ şirkətlərinin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçirməyə yönəlmiş fəaliyyətlərinə görə 50 milyard dollarlıq Çin məhsullarına iki mərhələli, 25 faizlik əlavə gömrük vergisi gətirəcəyini açıqlayıb.

Pekin rəhbərliyinin isə ABŞ-ın sadəcə Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faizlik gömrük vergisi gətirləcəyini bildirdi. ABŞ prezidenti Donald Tramp isə 18 iyunda Çinin daha öncə açıqladığı tariflərə adekvat cavab verəcəyi halda, 200 milyard dollar dəyərindəki məhsula əlavə 10 faiz gömrük vergisi tətbiq olunması təlimatını verdi.

İyulun 6-da ABŞ rəhbərliyi Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən artıq məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə başladı. Çin rəhbərliyi Trampın bütün təhdidlərinə baxmayaraq, ABŞ-ın idxal məhsullarına yönəldilmiş tarif artımlarının dərhal qüvvəyə mindiyini açıqladı. ABŞ-ın indiyə qədər atdığı ticarət addımlarına "qisasa qisas” xarakterli cavablar verən Pekin rəhbərliyi Vaşinqton rəhbərliyi ilə bir neçə dəfə ikili ziyarətlər çərçivəsində ticarət müharibəsindən çıxış yolları tapmağa çalışmış, amma nəticə ala bilməmişdi. Bununla paralel, dünən Çinin ticarət nazirinin köməkçisi Vang Şouvın rəhbərliyi ilə bir heyət iki ölkə arasındakı ticarət müharibəsi barədə müzakirələr aparmaq üçün ABŞ-a getmişdi. /mənbə -musavat/

Demokratik.Az

Oxşar xəbərlər