QKÇP qiyamından 27 il keçdi

  • 19 avq 2018, 10:20

Bu günlər tarixə "QKÇP” kimi düşən sonuncu sovet çevrilişinin 27-ci ildönümüdür.

Bu hadisə 1991-ci ilin avqustuna baş verib. Həmin gün SSRİ rəhbərliyinə daxil olan bir qrup mühafizəkar kommunist  sovet-rus imperiyasını qoruyub saxlamaq niyyəti ilə ölkəyə və dünyaya o dövr üçün qanuni sayılan prezidenti vəzifədən kənarlaşdırdıqlarını elan ediblər. O zaman prezident Mixail Qorbaçov Krımda yay tətilində olub və onun rabitə saxlamaq və hərəkət  etmək imkanı məhdudlaşdırılıb.

Mühafizəkar kommunistlərə SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevi başçılıq edib. Həmçinin SSRİ-nin baş naziri, daxili işlər naziri, müdafiə naziri, DTK sədri və başqa yüksək mənsəbli şəxslər də bu "Fövqəladə komissiya"ya daxil olublar.

Ancaq işlər heç də planlaşdırıldığı kimi getməyib. 

RSFSR prezidenti Boris Yeltsinin başçılığı ilə demokratik qüvvələr birləşərək QKÇP-yə qarşı çıxlblar. Ölkədə idarəolunmaz durum yaranıb. Qiyamçılar geri çəkilməyə, təslim olmağa məcbur qalıblar.

Bundan sonra SSRİ-nin dağlması prosesi sürətlənib. Avqustun 22-də Boris Yeltsin Sovet İttifaqı Kommunist Partiyasının buraxılmasına dair fərman imzalayıb. İlin sonunda isə artıq bütün real hakimiyyətini itirmiş SSRİ prezidenti Mixail Qorbaçov istefa verdiyini bildirərək SSRİ-nin süquta uğradığını, dağıldığını bəyan edib.

Oxşar xəbərlər