İsraildə “Eurovision”un taleyi həll olundu

  • 15 avq 2018, 19:08

Gələn il İsraildə keçirilməsi nəzərdə tutulan "Eurovision”un taleyi son gündə həllini tapıb.

Oxu.Az xəbər verir ki, İsrailin "Kan” ictimai yayım korporasiyası Avropa Yayım Şurasına (EBU) 12 milyon avro zəmanət haqqını ödəyib ki, ölkədə "Eurovision-2019”-un keçirilməsinə razılıq verilsin.

Ödəniş EBU tərəfindən qoyulmuş müddətin son günündə, Maliyyə Nazirliyinin krediti hesabına həyata keçirilib.

Qeyd edək ki, girov məbləği ödənilmədiyi təqdirdə İsrail yarışı keçirmək hüququndan məhrum olacaqdı.

Xatırladaq ki, "Eurovision-2018”-in qalibi israilli müğənni Netta Barzilay olub.

Oxşar xəbərlər