Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"

  • 12 avq 2018, 18:52
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Qəzzada anti-terror kampaniyası tam sürətlə davam edir və fələstinlilərin hücumları dayandırılmayana qədər başa çatmayacaq.

"Qarşılıqlı zərbələr endirilir və bu, dərhal yekunlaşmayacaq. Bizim tələbimiz birmənalıdır – atəşin tam dayandırılması. Bundan azına qane olmayacağıq.

Biz artıq HƏMAS-a məxsus yüzlərlə hədəfi məhv etmişik və hər hücuma görə İsrail ordusu HƏMAS-dan qisas alacaq.

Məqsədimiz sərhədyanı bölgələrdə sülhü bərqərar etməkdir və biz buna nail olacağıq”, - baş nazir bildirib.(oxu.az)
Oxşar xəbərlər