Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır

  • 13 avq 2018, 11:44

"Əgər Rusiyanın Avropada ABŞ-ın gedişi ilə yaranan istənilən siyasi boşluğu doldura bilmək qabiliyyətini öyrənmək istəyirsiznizsə, Balkanlara baxın”.

Musavat.com xəbər verir ki, bu cümlə Harvard universitetinin iqtisadiyyat kafedrasının professoru Vera Mironovanın və Almaniyanın Leybnits adına Şərqi və Cənub Şərqi Avropa araşdırmaları institutunun eksperti Boqdan Zavadeviçin "Foreign Policy” jurnalındakı birgə məqaləsində əks olunub. Hər iki müəllifin fikrincə, Kremlin bölgədə nüfuz qazanmaqla bağlı əməliyyatlarının mərkəz yeri məhz Bosniya və Herseqovinadır.

Bosniya və Herseqovina iki inzibati qurumdan-Bosniya Federasiyası və Serb respublikasından ibarətdir.

"Rusiyanın siyasəti ikincinin separatçılıq meyllərini gücləndirməkdən ibarətdir. Bu siyasət pravoslav serb kilsəsinin dəstəklənməsi kimi üzdə dinc görünən metodları da əhatə edir”, - məqalədə qeyd olunub.

Bosniya serbləri ilə Rusiya arasında əsas münasibətlərin muxtar qurumun təhlükəsizlik qüvvələri vasitəsilə həyata keçirildiyini yazan müəlliflər Serb Respublikasının öz ordusunu yaratmaq hüququna malik olmadığını xatırladırlar.

"2016-cı ildə Rusiya nümayəndə heyətini Banya Luka şəhərinə (Serb respublikasının paytaxtı) ziyarəti zamanı danışıqların əsas mövzsusu Serb respublikası və Rusiya polisi arasında əməkdaşlıq olub. Bundan başqa, tərəflər kəşfiyyat məlumatlarının toplanması və paylaşılması, terrorçuluq və kibercinayətlərlə mübarizə kimi məsələlərdə müzakirələr aparıblar. Serb respublikası Rusiyanın polis təlimatçılarını öz ərazisində qəbul etməyə və respublikanın xüsusi xidmət orqanlarının əməkdaşlarını Moskvaya təlim üçün göndərməyə razılıq verib. Həmin vaxtdan bu yana Rusiya kəşfiyyatının əməkdaşları (daha doğrusu, Federal Təhlükəsizlik Xidmətinin keçmiş işçiləri) Serb respublikasının polis akademiyasında və Banya Luka universitetinin "Təhlükəsizlik problemlərinin araşdırılması” fakultəsində mühazirələr oxuyur və dərs keçirlər. Eyni zamanda terrorizmlə mücadilə bəhanəsi ilə Serb respublikası öz polis qüvvələrinin daha çox nizami orduya bənzər üsullarla gücləndirirlər” məqalədə qeyd olunub.

Müəlliflərin yazdığına əsasən, Rusiya və Serb Respublikası müharibə veteranlarını təmsil edən təşkilatlar arasında sıx əlaqə yaradıblar.

Bu cür təşkilatlar isə Şərqi Ukrayna v Suriyada vuruşan "Vaqner qrupu” kimi hərbi şirkətlər üçün adam toplamaqla məşğuldurlar. Banya Lukada fəaliyyət göstərən veteranlar assosiasiyasının yerli bölməsi serblərin Rusiyada xüsusi təlim keçmiş "Serb şərəfi” adlı hərbiləşdirilmiş təşkilatla sıx bağlıdır.

Məqalədə Ruiyanın nə Bosniya, nə də Serb respublikasında "yumşaq güc”ə malik olmadığı vurğulanır:

"Lakin rusların burada əsas müttəfiqi, oktyabrda yenidən seçkilərə qatılmağa hazırlaşan prezident Milorad Dodikdir.

Dodik Bosniya və Herseqovinada Qərbə qarşı gəldiyini və Rusiyapərəst olduğunu heç gizlətmir də...”.

Sonda müəlliflər Rusiyanın hadisələrin münaqişəyə doğru inkişaf zamanı verəcəyi reaksiya barədə xəbərdarlıq edir və Qərbi nə qədər ki, gec deyil, bölgəyə müdaxilə etməyə işarə vururlar.


Oxşar xəbərlər