“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan

  • 12 avq 2018, 12:52
"Türkiyə ən böyük ticarət tərəfdaşları ilə alış-verişi milli valyutası ilə edəcək”.
"Hürriyet” xəbər verir ki, bunu president Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışı zamanı deyib. O, dolların təzyiqindən əziyyət çəkən Avropa ölkələri ilə də bu addımı atmağa hazır olduqlarını deyib:
"Çin, Rusiya, İran, ukrayna kimi ölkələrlə ticarəti milli valyutamızla aparmağa hazırlaşırıq. Avropa ölkələri də dollar təzyiqindən qurtulmaq istəyirsə, onlarla da bənzər sistemi qurmağa hazırıq. Dünyanı iqtisadi müharibə elan edən, sanksiya hədələri ilə ölkələri asılı saxlayan bu quruluşu əsla qəbul etmirik. Biz bu günlərə millətimizlə birgə gəlib çıxdıq. Bizim böhrandan çıxış metodumuz budur. Müdafiə sənayesində, ixracatda bu sistemi tətbiq etdik. Digər sahələrdə də bunu edəcəyik. Bizə barmaq silkələyənləri peşman edəcəyik”.//qafqazinfo
Oxşar xəbərlər