Abdulla Gülün həkimi də tutuldu - FETO-çu ittihamı

  • 05 avq 2018, 11:11

Türkiyənin paytaxtı Ankarada FETÖ suçlaması ilə şübhəli bilinən 12 nəfərdən 6-sı tutulub.

"Demokratik.Az"-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılanlardan biri sabiq prezident Abdullah Gülün həkimi və ən yaxın adamlarından olmuş Sedat Canerdir. Tanınmış həkim də FETÖ ittihamı ilə həbs olunub.

Xəbərə görə, Sedat Caner Ankara prokurorluğunun Qazi Universitetində apardığı araşdırma ilə bağlı saxlanlıb.

Türkiyə mətbuatı bildirir ki, Sedat Caner prokurorluğun ittihamını rədd edir, lakin məhkəmə onun haqqındakı təqdimatı təsdiq edib.

Demokratik.Az

Oxşar xəbərlər