Həbsdən çıxan suriyalı qadınları ərləri qəbul etmir

  • 01 avq 2018, 10:41

İki qız anası və məktəb müəlliməsi olan Sundus Filfleh ictimai aktivliyinə görə həbs olunub buraxıldıqdan sonra öz iki qızına dəstək olmaq üçün və həbsdə olduğu dövrün ləkələri ilə mübarizə aparır.

"Mən həbsdən buraxıldıqdan sonra insanların məndən soruşduqları ilk sual mənim orada zorlanmağımla bağlı oldu. Cəmiyyət həbsdən çıxmış qadınlara şübhə ilə baxır. Cəmiyyətdə bu cür həbsdən azad olunmuş qadınları qəbul etmir",- deyə Filfleh "Amerikanın Səsi"nə bildirib.

Suriya hökümət qüvvələri Sundus Filflehi 2011-ci ildə dinc etiraz zamanı o anti-hökümət etirazçıları ilə qaçmaq istədiyi zaman həbs etmişdi. O bildirir ki, təhlükəsizlik qüvvələri silahsız dinc etirazçıları dağıtmaq üçün atəş açmışdılar.

Bir il həbsxanada oldu, orada qızı dünyaya gəldi

Filfleh öz aktivliyinə görə Suriya rejimi tərəfindən bir ilə yaxın müddətə həbs olunmuşdu.

O deyir ki, həbs onun həyatını büsbütün dəyişdi - onun ailəsi və digər şəxslərin ona olan münasibətini dəyişdi.

"Mənim həyat yoldaşım artıq məni qəbul etmədi. Mən azadlığa buraxıldıqdan sonra biz ayrıldıq. Bir çox dustaq qadınlar azad olduqdan sonra ailələri və həyat yoldaşları tərəfindən qəbul edilməyiblər”, -deyərək Filfleh əlavə edir.

Filfleh söyləyir ki, onun ailə üzvləri onu həbsdən qurtarmağa cəhd etdilər, lakin o həbsdən çıxdıqdan sonra ondan üz döndərdilər.

O, həbs olunduğu zaman hamilə idi və həbsxanada üzləşdiyi döyülmələr və işgəncə nəticəsində o uşağını vaxtından öncə dünyaya gətirməli oldu.

Suriyada vətəndaş müharibəsi yüz minlərlə adamın həyatına son qoymuş, milyonlarla insanı evindən didərgin salmışdır.
Həbsxanadan çıxdıqdan sonra o yenə də çətinliklərlə qarşılaşır

İndi həbsdən çıxıdqdan sonra o, həyatın məqsəd və mənasını tapmağa çalışır. Filfleh Suriyanın şimalındakı İdlib vilayətində yaşayır. İndi o, vətəndaş müharibəsi dövründə gender əsaslı zorakılıqla üzləşmiş qadınlara kömək edərək sosial yardımçı kimi işləyir.

Lakin sosial iş özü ilə yeni sınaqlar gətirir. İndi o öz işinin qadınların fəallığına və hüquqlarını qorunmasına əks olan ekstremizm qruplaşmasını ona qarşı olmasından qorxur.

BMT-nin verdiyi məlumata görə, suriyalı qadınlar ölkədə cinsi zorakılıq, işgəncə, travma və müxtəlif əziyyətlərlə qarşılaşırlar.

BMT həmçinin həbsxana keçmişinin Filfleh kimi digər qadınların da həyatına ömürlük təsir etdiyini bildirir.

Vicdan Konvoyu

Bu il Türkiyədə Suriya ilə sərhəd regionda keçirilmiş qadınların yürüşünü təşkil etmiş "Vicdan Konvoyunu”nun vəkili Güldən Sönməz türk mediasına deyib ki, Suriya rejimi tərəfindən ən azı on dörd min qadın həbs olunub və onların çoxu həbsxanada əziyyətlərdən ölüb.

Suriyalı qadınların cəmiyyətdə qəbul olunmaması onları psixoloji travmalarını birlikdə adlamaq üçün bir araya gətirib. Bəzi qadınlar bir araya gələrək həbsdən çıxmış qadınlara kömək edirlər.

Əvvələr həbsdə olmuş Valaa Əhməd mərkəzi İdlibdə "Məni burax” adlı fond açıb. Bu fond Suriyada qadınlara həbs zamanı və sonrakı dövrdə psixoloji dəstək verir.

Həyat yoldaşları tərk edir, ailələri qəbul etmir

Cəmiyyət həbsdən çıxmış qadınlara şübhə ilə baxır. Cəmiyyətdə bu cür həbsdən azad olunmuş qadınları qəbul etmir.
"Bu qadınların qarşılaşdıqları əsas problem onların cəmiyyətdə qəbul olunmamasıdır. Qadınların çoxu həyat yoldaşları tərəfindən tərk edilir, ailələri və yaxınları tərəfindən atılırlar və bir anda özlərini yaşadıqları yerlə bütün bağların qopmuş şəkildə hiss edirlər. Bəziləri həbsə uşaqları ilə birlikdə gedir," Valaa deyir.

Valaa 2014-cü ildə iştirak etdiyi etirazla bağlı həbs olunub və 2017-ci ilin əvvəlində azad olunmuşdur. O, ən sərt həbsxanalardan sayılan Adra həbsxanasında saxlanılmışdı. Həbsi dövründə qarşılaşdığı işgəncələr haqda danışmasa da, o, Filfleh kimi ona bənzər şəraitdə olan qadınlara kömək etdiyi üçün xoşbəxtdir ("Amerikanın səsi").

Oxşar xəbərlər