Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:19 - 19.12.2018  
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Tarix: 19-07-2018, 09:25 | Bölmə: Xəbərlər » Dünyada

Azərbaycana iki supergücün yaxınlaşması, yoxsa qarşıdurması sərf edir?  

ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilirİyulun 16-da Helsinkidə Rusiya və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra iki ölkənin münasibətlərinin bundan sonra necə olacağı müzakirə edilir. ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb: "Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər”.

Bəs doğrudanmı Rusiya-ABŞ münasibətləri düzəlir? Trampın son 1 ildəki addımları ciddi nəticələr verib-Şimali Koreya lideri ilə görüşüb, Amerika vətəndaşları və ölkə daxili üçün ciddi işlər görüb, ABŞ bazarlarını Çin və Avropa mallarından qoruyur, NATO üzvlərinə "üzvülük pulu ödəyin, yoxsa NATO-nu dağıdaram”-deyə, hədə-qorxu gəlir, indi də Rusiya ilə münasibətləri sürətlə yaxşılaşdırır. Bu adamın tam bir Amerika təəssübkeşi  olduğunu, yalnız  öz dövlətinin və vətəndaşlarının maraqlarını düşündüyünü söyləmək mümkünmü? Belədirsə, nədən Amerika mediası onu vurur?

Azərbaycana ABŞ-Rusiya, ABŞ-İran münasibətlərinin yaxşı, yoxsa pis olması sərf edir?  Rusiya və İranla ABŞ çəkişəndə, Azərbaycanın əhəmiyyəti və neftin qiyməti qalxır. Bu baxımdan hesab etmək olarmı ki, ən azından iqtisadi məsələdə bizə onların çəkişməsi lazımdır?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, ABŞ və Rusiya prezidentlərinin Helsinkidəki görüşünüdən müxtəlif nəticələr çıxıb. Birincisi, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır. Məsələn, Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu, sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu vurğulayıb: "Halbuki Tramp özününkülərdən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər. Putin bu mənada Trampın zəif damarını tapıb. Üçüncüsü, İran məsələsində razılaşma əldə olunmadı, tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Dördüncüsü, prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər. Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib. Bu görüşə qədər ehtiyat edilirdi ki, Donald Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu baş vermədi. Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır.

Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək. Trampa və Putinə də elə bu lazım idi. Ancaq Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir, Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir".

Politoloq hesab edir ki, ABŞ və Rusiya prezidentləri arasında dialoqun başlaması və əldə olunan ilkin nəticələr, münasibətlərdə yaxınlaşma Azərbaycanın da xeyrinədir. Çünki bu iki dövlət arasında münasibətlər son dərəcə gərgin olanda Rusiya qonşularının ABŞ-la tərəfdaşlıq münasibətlərinə qısqanc yanaşır, həmin ölkələrə qarşı müxtəlif təzyiq alətlərini hərəkətə gətirir: "Doğrudur, iki ölkə arasındakı münasibətlər prezidentlərin bir görüşü ilə tamamilə yoluna qoyulmayacaq, ancaq dialoqun yoğunlaşması Avrasiya bölgəsində müsbət atmosfer yarada bilər. Rusiya və ABŞ Azərbaycanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə çalışır. Rəsmi Bakı bu iki dövlətdən hər hansı birinə üstünlük vermək istəməsə də, Azərbaycanın inkişafı və təhlükəsizliyi Qərbin siyasi, iqtisadi və hərbi strukturları ilə sıx inteqrasiya ilə əlaqəlidir”.

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə bildirdi ki, ABŞ prezidentinin son aylarda atdığı addımlar dünyanın siyasi meydanında baş verən gözlənilməz hadisələr kimi dəyərləndirilə bilər. Onun bu yaxınlarda Şimali Koreyanın lideri ilə, heç kimin gözləmədiyi halda Rusiya prezidenti ilə görüşləri zamanı bu qədər isti münasibət yarada bilməsi nə qədər qəribə görünsə də, danılmaz həqiqətdir: "Trampın Putinlə görüşdən az sonra öz twitter səhifəsində yazdığı fikirlər daha çox diqqət çəkir. Onun ”mən bəşəriyyətin taleyi ilə risk edib siyasi qazanc əldə etməkdənsə, bəşəriyyət xatirinə siyasi risklərə getməyə daha çox hazıram" yazması düşündürücüdür. Trampın on illər boyu ipə-sapa yatmayan və qonşu dövlətləri,  hətta ABŞ-ın özünü nüvə silahı ilə hədələyən Şimali Koreya rəhbərini "ram” edə bilməsi, onun bu fikirləri söyləməkdə haqlı olduğunu göstərir. Hazırda ABŞ-da Trampın populyarlığı 11 sentyabr 2011-ci ildə baş vermiş məlum terror aktından sonrakı dönəmdə kiçik Corc Buşun populyarlıq səviyyəsi ilə müqayisə edilə bilər. İndi Tramp eyni zamanda həm Amerikanın və həm də bəşəriyyətin maraqlarını qorumaq xatirinə riskli addımlar atır. Təsəvvür etmək çətin deyil ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş aparıldığı bir vaxtda Trampın şimal qonşumuzun rəhbərliyi ilə bu qədər isti bir münasibət formalaşdırması Birləşmiş Ştatların rəsmi dairələri və ilk növbədə Rusiyaya qarşı sanksiya istəyində olan konqresmenlər tərəfindən necə qarşılanır. Ancaq Tramp heç nəyə baxmadan özünü dünyanın siyasi düzənində ciddi korrektələr etməyə kökləyib. Zaman onun bu addımlarının nə ilə nəticələnəcəyini tezliklə göstərəcək. Müzakirəyə ehtiyacı olmayan bir həqiqət var ki, ideoloji cəhətdən fərqli qütblərdə dayanan tərəflərin müttəfiqliyi bir qayda olaraq möhkəm və ya uzun ömürlü ola bilmir".

F.Yusifov hesab edir ki, ABŞ-ın Rusiya və İranla münasibətlərinin gərgin olması neftin qiymətlərinin artımına təsir etsə də, Rusiya və İranın arasında yerləşən Azərbaycanın siyasi baxımdan xeyrinə olmur. Azərbaycana bu dövlətlərin münasibətlərinin normal olması sərf edir: "Bu dövlətlərin dünyanın çox yerində olduğu kimi, Cənubi Qafqazda da öz maraqları var. Maraqlarının toqquşmasından isə Azərbaycan əziyyət çəkir”.

Siyasi ekspert Yeganə Hacıyeva isə qeyd etdi ki, tarixə nəzər salsaq, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış SSRİ prezidenti Mixail Qorbaçovla ABŞ prezidenti Corc Buş arasında ilk görüş də 1990-cı ildə Helsinkidə baş tutub. İndi də bu iki dövlət arasındakı münasibətlər o qədər sərin məcraya yönəlib ki, hətta sovetlər dönəminin "soyuq müharibə” aurasını xatırladır.

Dünyanın bir çox zəruri sayılan sülh və əmin-amanlığının təmini məhz bu iki ölkə arasında əldə olunan razılaşmadan keçir və bir çox coğrafiyalarda sülh məhz  bu  iki gücünün regional və regionlararası təhlükəsizlik siyasətlərinin uzlaşmasından birbaşa asılıdır: "Mövcud qlobal siyasi müstəvi ABŞ və Rusiyanın Yaxın Şərq, İran, Mərkəzi Asiya və həmçinin Cənubi Qafqaz siyasətində uzlaşma ehtiyacı yaradıb. Tramp bunu nəzərə aldığı üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq xəttini seçir.

Rəsmi Moskva isə Mərkəzi Asiya və Xəzər regionu, Yaxın Şərq üzrə tərəflər arasında mövcud olan razılığın dərinləşməsində maraqlıdır. O, bu razılaşmanı özü  uçun həlledici mövzu olan sanksiyaların qaldırılması  istiqamətində istifadə etməyə çalışır.

ABŞ-ın razılıq əldə etmək istədiyi ən birinci məqam İranla bağlı olub. Müzakirə üçün ikinci əsas mövzu  Mərkəzi Asiyadan  və Yaxın Şərqdən uzanan Cənubi Qafqaz və yaxın regiondan keçən nəqliyyat dəhlizi mövzusudur. Bu regionda tərəflər daha çox nəqliyyat dəhlizləri ilə bağlı mübarizə aparırlar. Konkret  olaraq deyə bilərik  ki, görüşdə razılaşdırılmış məqamlar İran və Mərkəzi Asiya ilə bağlı olub, tərəflərin bu regionda  siyasətlərinin uzlaşması kimi başa düşülə bilər. Yəni konkret razılaşmadan söhbət getmir. Sanksiyalar və Suriya məsələsi ilə bağlı isə tərəflər prinsipial mövqelərində qalırlar".

Ekspert hesab edir ki, dünya nə qədər Trampı qeyri-ciddi siyasətçi kimi qəbul etsə də, onun addımlarında qətiyyətli və öz ölkəsinin maraqlarını üstün tutan prezidentin qərarları sezilir: "O, daha çox Amerikanın iqtisadiyyatını sağlamlaşdırmağa yönəlik addımlar atır. Eyni zamanda Yaxın Şərq gedişlərindən başqa hal-hazırda Avrasiya səviyyəsində Mərkəzi Asiya və Avropa arasındakı təbii qaz nəqlində birbaşa olaraq Amerikanın rolunun dərinləşməsi Trampın adı ilə bağlıdır. Yaxın Şərqdə isə Əfqanıstan, Pakistan, Hindistan və Türkmənistanın sərhədinə yaxın olan Mərkəzi Asiyada transkontinental qaz xəttinin çəkilməsinin reallaşdırılması isə regionda balansı ABŞ-ın xeyrinə dəyişən bir addımdır”.

Y.Hacıyevanın fikrincə, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycan üçün yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki, belə vəziyyətlərdə hər iki ölkə üçün Azərbaycanın əhəmiyyəti artır. Pis tərəfi odur ki, Azərbaycan bu ölkələrdən hansı ilə nisbətən daha yaxın münasibətlər müstəvisini seçirsə, o biri tərəfin qəzəbinə səbəb olur.

ABŞ-İran qarşıdurmasında da Azərbaycanın zərərinə və xeyrinə olan məqamlar var: "İranın  enerji sektoruna tətbiqi nəzərdə tutulan sanksiyalar nəinki Azərbaycan, dünyada enerji ixracatçısı olan istənilən ölkənin mövqeyinin möhkəmlənməsinə təsir edən məqamdır. İranın Hörmüz boğazına nəzarəti bərpa  etmək məqsədinin elan edilməsi belə, dünyada enerji və enerji məhsullarının qiymətinin artması ilə nəticələndi. Bunun həyata keçməsi isə əlbəttə, qiymətləri daha da artıracaq addım ola bilər. ABŞ-İran qarşıdurmasından Azərbaycanın əldə edə biləcəyi üstünlüklər tək bununla yekunlaşmır. Digər siyasi məsələlər də var ki, onların həlli gözləntiləri mövcuddur. Onu da qeyd edim ki, söhbət siyasi-iqtisadi qarşıdurmadan gedir.

Azərbaycanın ABŞ-İran arasında siyasi qarşıdırmadan qazana biləcəyi nüanslar var, hərbi qarşıdurma isə bizim üçün, region üçün arzuolunmaz nəticələr verə bilər. Azərbaycan olaraq biz bunu istəmirik".

Y.Hacıyeva vurğuladı ki, ABŞ-da bir sıra siyasi dairələr Rusiya ilə hər hansı bir yaxınlaşmanın qəti əleyhinədirlər. Trampın ABŞ mediasında hədəfə alınmasında bu məqam rol oynayır.

Xəbər 1555 dəfə oxunub






Oxşar xəbərlər

Oş şəhəri Türk dünyasının mədəniyyət paytaxtı -2019
Oqtay Əsədov: “O xanımın cavabını xalq verdi”
Ərdoğanın 13 milyon Tvitter izləyicisi var - özü isə yalnız həyat yoldaşını izləyir
ABŞ-da FETÖ üzvlərinin həbslərinə başlanıldı
Sürücü “Bravo” marketə avtomobili ilə “girdi”
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi – Foto
Mübarizi təhqir edən psixoloqa 3 il HƏBS ŞOKU
Azərbaycanda 5 gün iş olmayacaq
Goranboyda 2 nəfəri elektrik cərəyanı vurub
Göyçay sakini deputatın "ÇAYQIRAĞI VADİSİ"ndən yazdı - ŞİKAYƏT
MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞ
Yeni başçıdan ilk açıqlama: "Ciddi dəyişikliklər olacaq"
Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb
Prezident: “Azərbaycan yeni silahlar alacaq”
Masallıda məmurun “avtoş” oğlu polisi vuraraq qaçıb?
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Toyuq yumurtası böyüklüyündə almaz tapılıb
Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi
Azərbaycanda boşananların sayı açıqlandı
Bürcünüz – 18 dekabr
24 yaşlı milyonçu binadan küçəyə dollar səpələdi - Video
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
Qəhrəmanımız İbad Hüseynovu dinləyək - VİDEOMÜSAHİBƏ
Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib
İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
Əli Həsənov mühacir radikal Vidadi İsgəndərli haqqında yazdı
Azərbaycan əhalinin sayı açıqlanıb
Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21308] initstartout [0.00021] initstartin [0.00118] calstart [0.01832] calend [0.00083] topnewsend [0.00551] rsssend [0.00000] ehgend [0.08150] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10479]