Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:57 - 18.10.2019  
Putin Ermənistana qəzəbləndi – sərt qərar
Tarix: 7-07-2018, 10:46 | Bölmə: Xəbərlər » Dünyada

Kreml Paşinyanın kadrlarına da şübhəli baxmağa başladı; "Rus NATO-su”nun məxfi məlumatlarının qərbyönlü təhlükəsizlik katibi Armen Qriqoryanın əlinə keçməməsi tələb edildi; rəsmi İrəvanın izahı kara gəlmir...  

Putin Ermənistana qəzəbləndi – sərt qərarErmənistanın baş naziri Nikol Paşinyanın NATO sammitinin keçiriləcəyi Brüsselə səfərə ciddi şəkildə hazırlaşması haqda bir neçə dəfə yazmışıq. Xəbər verdiyimiz kimi, 4 gün sonra - iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti olacaq. Gündəlikdəki əsas mövzulardan biri də "Rusiya təcavüzü” ilə bağlıdır. Ancaq belə görünür ki, Moskvanı alyansın gündəliyindən daha çox, satellit Ermənistanın təzə rəhbərliyinin siyasi özbaşınalığı və bir də NATO və Avropa Birliyi (AB) yetkililərinin Paşinyanı şirnikləndirmək yönündə verdikləri bəyanatlar qıcıqlandırır. 

"Yeni Müsavat” bir daha qeyd edir ki, həm NATO, həm də mənzil-qərargahı Brüsseldə yerləşən AB rəsmilərinin son açıqlamalarından qənaət hasil olur ki, Qərb "məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, ona olduqca isti qəbul vəd edirlər. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Ondan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, Alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və işğalçı ölkədə islahatlara dəstək verməyə hazır olduğunu söyləyib.

Ötən saylarımızda vurğuladığımız kimi, Kremlin bütün bunlara reaksiyası özünü çox gözlətməyəcək. Elə də oldu. Müşahidələr göstərir ki, Brüssel zirvəsi yaxınlaşdıqca Moskvanın İrəvana və ona ard-arda reveranslar edən NATO-ya qəzəbi böyüyür, səbir kasası dolmaq üzrədir.

Bunu Kremlə yaxınlığı ilə seçilən tanınmış politoloq və avrasiyaçı Aleksandr Duqinin srağagünkü açıqlamasından da görmək olar. Cocuq Mərcanlıya səfər edənlərə hücum çəkənlərə sərt cavab verən A.Diqun onu bildirib ki, Ermənistan axır vaxtlar yanlış olaraq NATO ilə yaxınlaşma xəttini tutub. Sitat: "İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o, özündən əvvəlkilərin xəttini davam etdirməlidir - 5 rayonu geri verməlidir. Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu, təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.

*****

"Moskva təkcə Nikol Paşinyanın nəzərdə tutulan Brüssel səfərinə görə yox, NATO rəhbərliyinin bu səfərlə bağlı bəyanatlarına da hiddətlənir”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.com nəşrindəki məqalədə deyilir.

"Ermənistan hakimiyyəti Nikol Paşinyanın Brüssel səfəri ilə bağlı, Avropaya onun ilk rəsmi ziyarətlə bağlı olduqca ciddi problem qarşısındadır. Bu, nəinki dəhşətli dərəcədə Rusiyaya xoş getməyib, Moskva, üstəlik, bunu İrəvanın diqqətinə çatdırmağı zəruri bilib. Özü də Moskva səfərlə yanaşı, NATO ali rəsmisi Ceyms Apaturayın səfərlə bağlı bəyanatına da qəzəblənib. Halbuki günlərdir Ermənistan XİN Rusiyaya izah eləməyə çalışır ki, Ermənistan NATO-nun əsas gündəliyində iştiraka yox, Əfqanıstandakı sülhməramlı kontingentdə iştirakla bağlı dəvət olunub. İzaha rəğmən, bütün bunlar Rusiyanı özündə çıxarıb”, - erməni nəşr vurğulayıb.

Moskvanın Paşinyan hökumətinə artan qəzəbinə dair daha bir fakt. "Yeni Müsavat”ın məlumatına görə, "Qraparak” qəzeti özünün mənbələrinə istinadən yazıb ki, "Rus NATO-su” sayılan KTMT-yə üzv ölkələr arasında məxfi məlumatlar mübadiləsi məsələsində Paşinyan hökumətinə görə olduqca qəribə vəziyyət yaranıb.

"Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiyanın təhlükəsizlik dairələri Ermənistanın Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryana etibar etmədiyi üçün Ermənistanın Müdafiə Nazirliyi və Baş Qərargahı üçün nəzərdə tutulan məxfi informasiyaların Təhlükə Şurasından yan ötməsi  tələb olunub. Ki, həmin sənədlər Qriqoryanın əlinə keçməsin”.

*****

Xatırladaq ki, Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan və "Putin, rədd ol!” etiraz aksiyasına qatılmış Armen Qriqoryan da hökumətin əksər üzvləri kimi, Qərbin, Amerikanın adamı sayılır. Bütövlükdə Paşinyan öz komandasını müstəsna olaraq qərbyönlü kadrlardan, "Sorosun uşaqları”ndan qurmaqla, Rusiyanın adamlarını isə kənarlaşdırmaqla onsuz da Moskvanın əsəblərıni sınağa çəkib.    

Bu fonda işğalçı Ermənistan və onun yeni rəhbərliyi ətrafında baş verənlər, Paşinyanın Brüssel səfəri ətrafında yaşanan gərginlik, İrəvan üçün, yumşaq desək, yaxşı gəlişmələr deyil. Ən əvvəl də o səbəbə ki, Rusiya Ermənistanın əsas silah tədarükçüsü olmaqla yanaşı, Azərbaycanla hərbi balansın yaradılmasında 1 nömrəli dövlət olaraq qalır.

Üstəlik, Moskva işğalçı ölkəyə silah-sursatı Azərbaycandan fərqli olaraq, dünya bazarı qiymətinə deyil, daxili baza qiymətinə, "su qiyməti”nə, çox vaxt da özünün ayırdığı ən aşağı kreditlə verir. Kasad Ermənistanın baha qiymətə başqa ölkələrdən nə silah almaq imkanı var, nə də bütövlükdə Rusiyanı bu sahədə əvəzləyəcək başqa dövlət.

İrəvan üçün Moskvadan üz döndərmək həm də  əsas təhlükəsizlik qarantından imtina anlamına gələcək ki, bunun da işğalçı ölkə üçün ağır nəticələrini hesablamaq gərək ki, çətin olmasın. Brüssel sammitinə isə sayılı günlər qalır...    

Xəbər 1671 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30219] initstartout [0.00028] initstartin [0.00145] calstart [0.01738] calend [0.00082] topnewsend [0.00592] rsssend [0.00000] ehgend [0.01292] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26272]